Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Bu video bir neçə günə rekord qırdı (VİDEO)

Bu video bir neçə günə rekord qırdı (VİDEO)

Hər il olduğu kimi bu il də “Youtube” ilin önəmli hadisələri ilə bağlı videoçarx hazırlayıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən video 10 gün ərzində 133 milyon dəfə izlənilib, 12 milyon “dislike” alaraq rekord qırıb. Sadəcə 2,2 milyon istifadəçi videonu bəyənib.
Qeyd edək ki, bundan öncə “Youtube”un ən çox bəyənilməyən videosu Castin Biberin 2009-cu ildə çəkdirdiyi və təxminən 2 milyard dəfə izlənilən “Baby” klipi idi.
Video 10 milyon “dislike”ı 9 il müddətinə yığmışdı. Lakin “Youtube”un Rewind 2018 videosu 12 milyon “dislike”ı bir neçə gün ərzində toplayıb.


Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …