Çərşənbə , Dekabr 19 2018
Ana səhifə / Dünya / “Bordo Bereli” əsgərlərin xüsusi təlim görüntüləri yayıldı – VİDEO

“Bordo Bereli” əsgərlərin xüsusi təlim görüntüləri yayıldı – VİDEO

Türkiyə Silahlı Qüvvələri sosial şəbəkədə türklərin göz bəbəyi olan “Bordo Bereli” əsgərlərin təlimindən qısa bir video paylaşıb.

Musavat.com-un məlumatına görə, kiçikdən böyüyə hər bir türkün xüsusi olaraq, rəğbət bəslədiyi bu əsgərlərin təlimi olduqca maraqla izlənib.

Videoda “Bordo Bereli” əsgərlərin xüsusi texnoloji avadanlıqları və kamuflyajları da diqqət çəkib.

Silahlı Qüvvələrin Baş Qərargahında hazırlanan videoda, xüsusi təyinatlı qüvvələrin quruda, dənizdə və havada keçdikləri təlimdən görüntülər yer alıb. Hazırlanan video Türkiyə Silahlı Qüvvələrinin rəsmi səhifəsində paylaşılıb.

Картинки по запросу TSK, Bordo Berelilere Özel Olarak Hazırlanan Kamuflajlarını Yayınladı

Videoda ilk olaraq, xalq arasında “Bordo Bereli” kimi tanınan Türkiyənin xüsusi təyinatlı qüvvələrinin emblemi yer alıb.

Daxili və xarici təhdidləri zərərsizləşdirmə gücünə malik olan, hər cür iqlim şəraitində döyüşə bilən yüksək keyfiyyətli təlimlər keçən və digər “bordo bereli”lərə xas olan xüsusiyyətlərin bir çoxu videoda görüntülənib.

Əlavə olaraq bildirək ki, “Bordo Bereli”lər dünyanın ən güclü xüsusi təyinatlı əsgərlərindən sayılır. Onlar dünyada nadir hərbçilərdir ki, təlim zamanı bir-birilərinin başına hədəf nişanları qoyub, güllə ilə atəş açırlar.

Ölkədaxili və ölkəxarici əməliyyatlar üçün təlim keçən hərbçilər 3 hissədən ibarət 47 cür fərqli dərslər keçirlər. Bu hərbçilər tam olaraq, “Bordo Bereli” adını almaq üçün 3 il 6 ay təlim keçirlər.

Картинки по запросу TSK, Bordo Berelilere Özel Olarak Hazırlanan Kamuflajlarını Yayınladı

VIPedu.BIZ

Həmçinin oxuyun

Kılıçdaroğlun FETÖ-nü dəstəkləyən erməniylə görüşü – Qalmaqal yaratdı

Türkiyənin Cumhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu ASALA və FETÖ kimi terror təşkilatlarını müdafiə edən …