Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Biznesmen evdə seyfi açıq qoyub getdi, azyaşlı uşaqlar pullardan xalça düzəlti

Biznesmen evdə seyfi açıq qoyub getdi, azyaşlı uşaqlar pullardan xalça düzəlti

Rusiyanın Nijnekamsk şəhərində gözəllik salonunun sahibi Ramis Ziqanşin özünün İnstagram səhifəsində azyaşlı uşaqlarının çəkdiyi videonu yerləşdirib. Videonun müəllifi biznesmenin böyük oğlu Ruslandır. Balaca oğlan videoda atasına müraciət edir və bildirir ki, “mama” evdə seyfi yenə açıq qoyub və onlar qardaşı ilə birlikdə “papaya” sürpriz hazırlamağı qərara alıblar. Və döşmədə pullardan ibarət böyük xalça yaradıblar.

Uşaqlar döşəmədə 5 min rublluq kupyurlardan xalça düzəldəndən sonra biznesmenin balaca oğlu deyir ki, atasının pulu Timatinin (pop-ulduz) pulundan çoxdur və görəsən atası bu işə görə onları danlayacaqmı.

“Bilmirəm, yəqin ki, yox”-Ruslan cavab verir.

“Olya, təcili get evi yığışdır. Pullar artıq bankdadır-bu, soyğunçular üçündür. Uşaqlar @timatiofficial-dan cavab gözləyir”-biznesmen videonun altından zarafatla yazıb.V

Həmçinin oxuyun

“Rusiya ilə münasibətlər ən yüksək səviyyədə deyil” – Mirzoyan

“İrəvanla Moskva arasında münasibətlər ən yüksək səviyyədə deyil”.Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan …