Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / “Bizim polisimizə lağ edənlərin polisi görün nələr edir” – Ərdoğan

“Bizim polisimizə lağ edənlərin polisi görün nələr edir” – Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanı bürüyən “sarı jiletlilər”in üsyanından danışıb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ərdoğan Fransada baş verənləri Türkiyənin 15 iyul hadisələri ilə müqayisə edib:

“Bunlar 15 iyulda bizə qarşı edilənlərə səssiz qalanlardır. Ölkəmizin küçələrini atəşə və qana boğmağa çalışanlara qarşı səssiz qalanlar, görün indi nə vəziyyətdədirlər. Paris başda olmaqla, bir çox Avropa şəhəri qarışmış vəziyyətdədir. Media nümayişçilərə qarşı polisin şiddətli davranışlarının görüntüləri ilə doludur. Bizim polisimizi lağa qoyanların, onların zülm etdiyini iddia edənlərin indi öz polisləri görün nələr edir. Bizim polisimiz mərhəmətlidir. Avropa küçələrindəki görüntüləri narahatlıqla izləyirik”.

 

 

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …