Çərşənbə axşamı , Oktyabr 16 2018
Ana səhifə / Dünya / “Biz yeni dostlar və müttəfiqlər axtarmalı olacağıq” – Ərdoğan

“Biz yeni dostlar və müttəfiqlər axtarmalı olacağıq” – Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ-ın birtərəfli qaydada ticarət tariflərini artırmasına Ankaranın yeni müttəfiqlər tapacağilə bağlı Vaşinqtona xəbərdarlıq edib. Bu barədə Ərdoğan “The New York Times” qəzetində dərc olunan məqaləsində yazıb.

Onun sözlərinə görə, onilliklər boyu Vaşinqtonun müttəfiqi olaraq qalan Ankaraya qarşı birtərəfli addımlar yalnız ABŞ-ın öz maraqları və təhlükəsizliyini sarsıda bilər.

“Nə qədər ki gec deyil, ABŞ hakimiyyətini ölkələr arasında assimmetrik münasibətlərin mövcud ola biləcəyilə bağlı səhv düşüncələrindən imtina etməlidir. Əgər birtərəflilik və hörmətsizlik tendensiyasını geri döndərmək cəhdlərimiz uğursuz olsa, onda biz yeni dostlar və müttəfiqlər axtarmalı olacağıq.” – deyə, Ərdoğan vurğulayıb. O həmçinin, Vaşinqtonun Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri Süleyman Soyluya qarşı sanksiya tətbiq etməsinin qəbuledilməz olduğunu yazıb.

Qeyd edək ki, ötən gün ABŞ prezidenti Donald Tramp Ankara ilə davam edən siyasi gərginliyə baxmayaraq, digər ölkələr tətbiq etdiyi ticarət tariflərini Türkiyəyə də tətbiq etmək barədə qərar qəbul edib. Tramp öz tvitter səhifəsində bəyan edib bundan sonra Türkiyədən alınan alüminiuma 20%, polada isə 50% gömrük rüsümu tətbiq olunacaq. (AzVision.az)

Həmçinin oxuyun

Ərdoğan rahib Bronson və jurnalist Kaşıkçı haqda DANIŞDI

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalist Camal Kaşıkçı və rahib Endrü Branson məsələlərinə şərh bildirib. …