Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Dünya / Beynəlxalq Diaspor Mərkəzi Sankt-Peterburqda layihə həyata keçirib

Beynəlxalq Diaspor Mərkəzi Sankt-Peterburqda layihə həyata keçirib

Beynəlxalq Diaspor Mərkəzinin (BDM) təşkilatçılığı və Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması” mövzusunda Sankt-Peterburqda ictimai tədbirlərin təşkililayihəsi çərçivəsində bir sıra tədbirlər həyata  keçirilib. BDM mətbuat xidmətindən  Azinforum.az-a  verilən məlumata görə, ilk olaraq 26 may tarixində Sankt-Peterburq şəhərində dahi şair Nizami Gəncəvinin adını daşıyan parkda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan kütləvi bayram tədbiri baş tutub. Tədbir Cümhuriyyət qurucularının və ümummilli lider Heydər Əliyevin  xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, eyni zamanda hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Sankt-Peterburq diaspor təşkilatı ilə birgə həyata keçirilən tədbirdə orada yaşayan azərbaycanlılarla yanaşı digər xalqların diaspor təşkilatlarının nümayəndələri də iştirak edib. Tədbirdə BDM sədri İsmayıl Ağayev, Sankt-Peterburq diaspor təşkilatının sədri Sabir Məsimov, Sankt-Peterburq Qadınlar Assosasiyasının sədri Sahibə Rzayeva, Naxçıvan Cəmiyyətinin sədri İdris Qəhrəmanov və digərləri çıxış edərək xalq cümhuriyyətinin tarixindən, Azərbaycan xalqının istiqlaliyyət uğrunda mübarizə yolundan danışıblar. Bayram tədbiri bədii hissə ilə başa çatıb. 27 may tarixində BDM nümayəndə heyəti “Nevski Pyataçok” Əsgəri Memorialın Beynəlmiləl şöhrət və xatirə xiyabanında Leninqradın müdafiəsində həlak olmuş azərbaycanlıların xatirə lövhəsini ziyarət edib. 28 may tarixində BDM-in təşkilatçılığı ilə Rusiya Təhsil Akademiyasının Smolnıy İnstitutunda “Azərbaycan həqiqətləri” adlı konfrans keçirilib. İnstitutun təsisçisi, akademik Heydər İmanov, BDM sədri İsmayıl Ağayev və BDM sədrinin birinci müavini Samir Adıgözəlli məruzə ilə çıxıb edib. Daha sonra konfrans iştirakçıları ilə geniş müzakirələr aparılmış və rus dilində Azərbaycan Xalq Cümhuriyyəti dövrünü əks etdirən sənədli film nümayiş edilib. 29 may tarixində BDM nümayəndə heyəti Sankt-Peterburq Millətlər Evində görüş keçirib. Görüşdə BDM sədri İsmayıl Ağayev, BDM-in Sankt-Peterburqdakı təmsilçisi Şirin Şirxanov çıxış edərək Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələrinin inkişafından, müxtəlif xalqların və etnosların qarşılıqlı anlaşma şəraitində yaşamasından danışıblar.  Onlar həmçinin qeyd ediblər ki, dünyanın harasında yaşamasından asılı olmayaraq soydaşlarımız hər zaman xalqımızın taleyüklü məsələlərində, çətin günlərində həmrəylik və birlik nümayiş etdirməyi bacarırlar. Millətlər Evinin direktoru Yelena Kuznetsova çıxış edərək, Azərbaycan nümayəndə heyətinin Sankt-Peterburqda, eyni zamanda Millətlər Evində görməkdə məmnunluğunu ifadə edərək Rusiya-Azərbaycan xalqları arasındakı dostluq münasibətlərinin yüksək səviyyədə olmasından danışıb. Görüşdə BDM ilə Millətlər Evi arasında əməkdaşlığın qurulması ilə bağlı razılıq əldə edilmiş və qarşılıqlı hədiyyələr təqdim edilmişdir. Mayın 30-da BDM nümayəndə heyəti Rusiya patriarxının Sankt-Peterburq şəhərindəki nümayəndəsi Aleksandr Posadskiylə də görüşüb. Görüşdə Rusiya-Azərbaycan münasibətləri istiqamətində xüsusilə Xəzəryanı ölkələr arasında ictimai qurumların birgə əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb. 26-31 may tarixlərində Sankt-Peterburqda səfərdə olan nümayəndə heyəti səfərin sonuncu günündə Sankt-Peterburq Regional Diaspor Təşkilatının ofisində regionda fəaliyyət göstərən Azərbaycan diaspor aktivləri ilə görüş keçirib. Görüşdə Sankt-Peterburq və ətraf regionlarda Azərbaycan diasporunun möhkəmləndirilməsi və gələcək perspektivdə birgə həyata keçiriləcək layihələrlə bağlı müzakirələr aparılıb. Toplantıda BDM sədri İsmayıl Ağayev, Sankt-Peterburq Diaspor Təşkilatının sədri, deputat Sabir Məsimov, Sankt-Peterburq şəhər deputatları, Elşad İmanov, Vidadi İmanov, işadamı Xudaverdi Şərbətov, Naib Paşayev, fəlsəfə doktorları Kərəm Hümbətov, Müslüm Muradov, polkovnik Nadir Seyidov çıxış edərək, diasporumuzun möhkəmləndirilməsi ilə bağlı qarşıya çıxan problemlərlin həlli yolu barədə müzakirələr aparıblar. BDM və Sankt-Peterburq diaspor təşkilatının birgə təşkil etdiyi ziyafətdə bir qrup diaspor fəalına fəxri diplomlar və hədiyyələr təqdim edilib.

Click to enlarge image 2D6BD02A-E496-424F-A1FC-7B9F85132D77.jpeg

Click to enlarge image 311DD0F3-2EDF-49CF-94EA-10813EB0F1CE.jpeg

Click to enlarge image 372E9E68-B3C8-4EF7-8D97-4218166072CB.jpeg

Click to enlarge image 37521C69-162C-45D9-90DF-526EE20BFF4A.jpeg

Click to enlarge image 390B0EE5-38A8-47FA-9F94-2C83CFA8FD54.jpeg

Click to enlarge image 40BBFFEF-4821-4515-932C-BA5EEBBF7F74.jpeg

Click to enlarge image 4F3AC63B-062C-438B-A8D5-ECB4D5EFAA74.jpeg

Click to enlarge image 5C855ACC-14B6-4432-8F72-519DF7ADF688.jpeg

Click to enlarge image 68C34A9E-CB20-45C5-B694-EF6970D2C9C1.jpeg

Click to enlarge image 7EA1B44E-C214-46D3-8844-6035E48B99A6.jpeg

Click to enlarge image 91450FA8-E334-4CFC-9991-372FD5169850.jpeg

Click to enlarge image 98FCAB46-9C8A-4188-8F7A-9145C302BEFF.jpeg

Click to enlarge image B30648D0-EB94-4E06-A122-435C2D38395B.jpeg

Click to enlarge image C1BC07B7-D6D4-4D26-83EA-7FACEA5D1A69.jpeg

Click to enlarge image D5648FF4-32EA-4746-AB9D-B37EBC22BFC0.jpeg

Click to enlarge image E1B0F7F8-515F-4FEB-8CA4-C3ED55D8B160.jpeg

Click to enlarge image E7E4D020-74A6-4293-93A8-2D96DEC76E85.jpeg

Click to enlarge image F5E9E38F-32FF-4016-B933-3118A01ED3B3.jpeg

Həmçinin oxuyun

3 uşaq anası 9 saatlıq əməliyyatdan sonra vəfat etdi – Azərbaycanlı həkim ittiham edilir

Türkiyədə qadın əməliyyatdan sonra ölüb. Hadisə Kayseri şəhərində yerləşən özəl xəstəxanalardan birində qeydə alınıb. 3 …