Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / “Best Model”in qalmaqallı qalibi dəyişdirildi

“Best Model”in qalmaqallı qalibi dəyişdirildi

“Best Model of Azerbaijan” qalibi Aygül Səfərovanın birincilik titulu əlindən alınıb. Bunu “Qafqazinfo”ya açıqlamasında yarışmanın milli direktoru Aqil Məmiyev bildirib. O, müsabiqənin prezidenti Erkan Özarmanla görüşdüyünü və yekun qərar verildiyini qeyd edib:

“Görüş ötən gün baş tutdu. Qaydalara əsasən, “Best model of Azerbaijan” qalibi növbəti beynəlxalq layihə olan “Best Model of World”da təmsil olunmalı idi. Aygül Səfərova isə bundan imtina etdi. Bununla da, titul ondan götürələrək Cəmilə Qoluboviçə təqdim ediləcək.  Birincilik barədə rəsmi sənədlər Cəmilə xanımın adına veriləcək.

O, Azərbaycanı “Best Model of World”da təmsil edəcək. Lakin Aygül xanımdan tacı geri alınmayacaq, sadəcə olaraq onun birincilik status geri götürələcək. Düzdü, E. Özarman tacın da alınması barədə göstəriş verib.  Lakin mən A. Səfərovaya qarşı belə addım atmaq istəmirəm. Fors-major hadisə olsaydı, xəstələnsəydi və başqa hadisələr başına gəlsəydi belə hal baş verməyəcəkdi”.

Qeyd edək ki, Aygül Səfərovanın birinciliyi sosial şəbəkələrdə müzakirələrə səbəb olmuş, qalib tənqidlərə məruz qalmışdı.





Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …