Bazar ertəsi , Dekabr 10 2018
Ana səhifə / Dünya / Ben Ladenin oğlu 11 sentyabr terrorçusunun qızı ilə evləndi

Ben Ladenin oğlu 11 sentyabr terrorçusunun qızı ilə evləndi

“Əl Qaidə” terror təşkilatının mərhum lideri Usamə Ben Ladenin oğlu Həmzə Ben Laden 11 sentyabr teraktını həyata keçirən döyüşçülər dəstəsinin rəhbəri Məhəmməd Attanın qızı ilə evlənib.

Virtualaz.org bildirir ki, bu barədə yerli KİV xəbər yayıb. KİV həmçinin iddia edir ki, Həmzə Ben Laden “Əl Qaidə”də yüksək vəzifələrdən birini tutur. Onun atasının qisasını almağa hazırlaşdığı bildirilir.

Qeyd edək ki, Həmzə Ben Laden bundan öncə dəfələrlə müsəlmanları ABŞ, Britaniya, Fransa və İsrailə qarşı savaşa səsləyib.

Onu da qeyd edək ki, Usamə Ben Laden 2011-ci ildə Pakistanda məhv edilib.

VIPedu.BIZ

Həmçinin oxuyun

Koçaryanın tərəfdarları mitinqlərə başlayır

Ermənistanın həbs edilən sabiq prezidenti Robert Koçaryanın tərəfdarları 11 dekabr tarixinə mitinq təyin ediblər. Bu …