Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Dünya / Bərzani getdi, aləm qarışdı – Hər tərəfi yandırırlar…

Bərzani getdi, aləm qarışdı – Hər tərəfi yandırırlar…

İraq Kürd Muxtariyyətinin Duhok əyalətinin Zaho mahalında Kürdüstan Yurdsevərlər Birliyi və “Goran” hərəkatının qərargahları yandırılıb.

Axar.az xəbər verir ki, bu barədə TGRT informasiya yayıb.

Məlumata görə, bir qrup şəxs əvvəlcə partiya binaları qarşısında nümayiş keçirib, daha sonra isə binaları yandırıb. “Goran” hərəkatının bir qrup üzvü isə parlament binasında gizlənməyə məcbur olub.

Hakimiyyət əhalini sakitliyə və təxribat xarakterli addımlardan yayınmağa çağırıb.

Qeyd edək ki, ötən gün İraq Kürd Muxtariyyəti parlamentində atışma səsləri eşidildiyi barədə məlumat yayılsa da, sonradan bunun parlamentin daxilində deyil, önündə baş verdiyi təsdiqləndi.

Həmçinin oxuyun

3 uşaq anası 9 saatlıq əməliyyatdan sonra vəfat etdi – Azərbaycanlı həkim ittiham edilir

Türkiyədə qadın əməliyyatdan sonra ölüb. Hadisə Kayseri şəhərində yerləşən özəl xəstəxanalardan birində qeydə alınıb. 3 …