Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Azərbaycanlılar daha çox müxalif namizədə səs verdi – Gürcüstanda təkrar seçki olacaq

Azərbaycanlılar daha çox müxalif namizədə səs verdi – Gürcüstanda təkrar seçki olacaq

Gürcüstanda səslərin 100 faizə yaxını sayılıb.

Azinforum.az xəbər verir ki, bu barədə Gürcüstan MSK rəsmi nəticələri açıqlayıb.

Həmin nəticələri təqdim edirik:

Salome Zurabişvili – 38,66%
Qriqol Vaşadze – 37,7%
David Bakradze – 10,97%.
Şalva Natelaşvili – 3,76%
David Usupaşvili – 2,26%
Zurab Caparidze – 2,26%
Kaxa Kukava – 1,33%.

Soydaşlarımız yaşayan rayonlarda iqtidar və müxalifətin (cəm şəkildə) nəticələri belə olub:

Qardabani: müxalifət – 60%, iqtidar – 40%;

Marneuli: müxalifət – 52%, iqtidar – 48%;

Dmanisi: müxalifət – 52%, iqtidar – 48%;

Bolnisi: iqtidar – 59%, müxalifət – 41%.

Kutaisi, Rustavi, Batumi, Poti, Zuqdidi kimi önəmli şəhərlərdə Vaşadze qalib gəlib. Tiflisin 5 dairəsində Vaşadze, 5 dairəsində Zurabişvili qələbə qazanıb, amma ümumilikdə müxalifət yüksək nəticə göstərib.

Xatırladaq ki, belə olan halda heç bir namizəd birinci turda qalib gəlmək üçün yetərli səs toplamamış olub. Bu isə təkrar seçki olacağı deməkdir.

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …