Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Azərbaycan vətəndaşları qayıqla ABŞ-a girmək istədi, həbs olundular – Amerika mediası yazdı

Azərbaycan vətəndaşları qayıqla ABŞ-a girmək istədi, həbs olundular – Amerika mediası yazdı

ABŞ-ın Florida ştatının sahil mühafizə və sərhəd polisi qüvvələri Vest Palm-Biç şəhəri sahillərində içərisində 24 nəfərin olduğu 25 futluq qayığı ələ keçirib.
Virtualaz.org ABŞ KİV-lərinə istinadən xəbər verir ki, sahildən 9 mil uzaqlıqda keçirilən əməliyyat zamanı Birləşmiş Ştatlar ərazisinə qeyri-leqal daxil olmaq istəyən bir qrup xarici ölkə vətəndaşları saxlanılıb. Onların arasında Azərbaycan vətəndaşları da var.
Federal rəsmilər bildiriblər ki, qayıqdakılar əvvəlcə həbsxanaya aparılıb, daha sonra onlardan 6-nın barəsində həbs qətimkan tədbiri seçilib. Bunlar insan qaçaqçılığını təşkil edən iki nəfər, o cümlədən qayığın kapitanı, habelə əvvəllər törətdikləri cinayətlərə görə ABŞ ərazisinə daxil olması qadağan edilən 4 xarici vətəndaşdır.
Qayığın göyərtəsində Haiti, Ekvador, Çin, Boliviya, Azərbaycan və Dominikan Respublikası vətəndaşları olublar. Saxlanılanlardan 4-ü deportasiya edilib. Qayığın kapitanı iddia edib ki, sərnişinləri Atlantik okeanında hansısa gəmidən özünün sınıq-salxaq qayığına mindirib və ABŞ-a tərəf üzüb.

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …