Ana səhifə / Dünya / Azərbaycan üçüncü peykini orbitə buraxır

Azərbaycan üçüncü peykini orbitə buraxır

Azərbaycanın ikinci “Azerspace-2/Intelsat 38” geostasionar peykinin buraxılışı 2018-ci ilin sentyabrına planlaşdırılıb.

Trend-in məlumatına görə, bunu “The John Batchelor Show” (ABŞ) radio şousunun efirində “Azərkosmos” ASC-nin prezidenti Rəşad Nəbiyev deyib.

R.Nəbiyev qeyd edib ki, hazırda orbitdə Azərbaycanın iki peyki var; Afrika, Mərkəzi Asiya, Yaxın Şərq və Avropada telekommunikasiya xidmətləri göstərən “Azerspace-1” və bütün dünya üzrə, eləcə də “Quql” kimi iri şirkətlərə xidmət göstərən “Azərskay” peykləri var.

R.Nəbiyev əlavə edib ki, kosmik xidmətlər bazarı sürətlə dəyişir və bu sektorda getdikcə daha böyük rolu startaplar oynayır.

Qeyd edək ki, “Azerspace-2/Intelsat 38” peyki Fransa Qvianasında yerləşən Kuru kosmodromundan buraxılacaq.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …