Aralıq dənizində 1500-dən çox miqrant boğularaq ölüb

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı Aralıq dənizində 7 ayda 1500-dәn çox miqrantın boğularaq öldüyünü açıqlayıb.

AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, məlumatda 60 min adamın da Aralıq dənizini keçdiyi bildirilib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi tranzit yollar üzərindəki dövlətlərə nizamsız miqrasiyanın qarşısının alınması üçün tədbirlər görmələri ilə əlaqədar çağırış edib.

Qeyd edək ki, İspaniyaya dəniz yolu ilə yanvar ayından etibarən 23 min 500-dәn çox miqrant keçib.

Zdrave universal kremi zdrave forte