Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Dünya / Amerikalı senatordan inanılmaz bəyanat: “YPG PKK-nın siyasi qoludur”

Amerikalı senatordan inanılmaz bəyanat: “YPG PKK-nın siyasi qoludur”

Ötən gün Türkiyəyə gələn amerikalı senator Lindsey Qraham PKK ilə bağlı səsləndirdiyi fikirlərlə gündəmə gəlib.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, ötən gün Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla 2,5 saatlıq görüşən Qraham PKK əleyhinə fikir səsləndirib: “YPG PKK-nın siyasi bir qoludur. Onun birbaşa olaraq PKK ilə əlaqəsi var. Əlimizdəki informasiyalar açıq və konkretdir. Müttəfiqimiz Türkiyə üçün yaratdığımız problemləri həll etməliyik”.

Xatırladaq ki, amerikalı senator Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və prezident Rəcəb Tayyip Ərdoğanla görüşmək üçün Ankaraya səfər edib.

İkili görüşdə ABŞ-ın Suriyadan çəkilmə qərarı və ötən ilin oktyabrında Türkiyədəki Səudiyyə Ərəbistanı konsulluğunda öldürülən jurnalist Camal Qaşıqçı ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulub.

Qeyd edək ki, senator Lindsey Qaraham ABŞ prezidenti Donald Trampın ən yaxın şəxslərdən biri sayılır.

Həmçinin oxuyun

“Paşinyan da bunu başa düşür” – Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Cənubi Qafqaz regionunda yeni nizam yaradılır və Ermənistanın …