Bazar , Dekabr 16 2018
Ana səhifə / Dünya / Almaniyada minlərlə qaçqının yaşamaq icazəsi ləğv edilə bilər – QANUN DƏYİŞDİ

Almaniyada minlərlə qaçqının yaşamaq icazəsi ləğv edilə bilər – QANUN DƏYİŞDİ

Almaniyada qüvvədə olan “Qaçqınlar haqqında” qanunda bəzi dəyişikliklər edilib. Düsseldorf şəhərində fəaliyyət göstərən “Legat” inteqrasiya mərkəzindən AzEuroNews.com- a daxil olan məlumatda deyilir ki, həmin dəyişiklik əməkdaşlıq öhdəliyi ilə bağlıdır. Bu vaxta kimi qüvvədə olan qanunda qaçqın prosedurunun araşdırılması zamanı əməkdaşlıq öhdəliyi yalnız ərizənin verilmə və baxılma mərhələsində nəzərdə tutulmuşdu.

Qanunun 73-cü maddəsinin 1-ci abzasına qaçqın statusunun ləğv edilməsi qaydalarından bəhs edilir. Orada nəzərdə tutulur ki, əgər qaçqın statusu üçün şərtlər artıq mövcud deyilsə, tanınmış və ya verilmiş qaçqın statusu dərhal ləğv edilməlidir.

2015 – 2016-cı illərdə BAMF müraciətlərə baxılması prosedurunun tezləşdirilməsi məqsədi ilə qanunla müəyyən edilən dinləməni belə həyata keçirmədən bəzi qaçqın statusu üçün ərizə vermiş şəxslərin ərizəsinə qısa zaman ərzində rədd cavabı verib. Bu halda həmən şəxslə bağlı bütün məlumatlar düzgün araşdırılmamış ola bilirdi və bəzən buna imkan da olmurdu. Bəzi hallarda isə normal araşdırma aparmadan müəyyən şəxslərə qaçqın statusu verilib. Qanunverici orqan hesab edir ki, qaçqınların əməkdaşlığ öhdəliyi bu mərhələdə daha vacibdir. Belə hallarda doğrudan da qorunmaya ehtiyacı olan şəxslər status alandan sonra, vəziyyətin dəyişməsi ilə bağlı əldə etdiyi müvafiq sübutları və ya məlumatları təqdim edərək daha ədalətli qərarların qəbul edilməsinə kömək etməlidirlər.

Qanunverici orqan da hesab edib ki, bu problemin aradan qaldırılmasının əsas yolu bu adıçəkilən əməkdaşlıq öhdəliyinin qanunla nəzərdə tutulması və məcburi hal almasıdır.

Qeyd olunanlara görə də “Qaçqınlar haqqında” Qanunun 73 -cü maddəsinin 3-cü abzasına 3 “a” bəndi əlavə edilib.

3a. Qaçqının statusu haqqında vəsatəti tanınmış əcnəbi qaçqın statusunun geri götürülməsi və ləğv edilməsi üçün şərtlərin olub- olmadığı yoxlandıqda BAMF-la əməkdaşlıq etməyə borcludur.

15-ci maddənin 1-ci abzasının 2-ci cümləsi, 2-ci abzasın 1, 4, 5 və 7-ci bəndləri, 3-cü abzası, 15-ci maddənin 1-dən 4-ə qədər və 6-cı abzasında nəzərdə tutulmuş şəxsiyyətin müəyyən edilməsi ilə bağlı tədbirlər yalnız o zaman keçərlidir ki, qaçqın statusu üçün müraciət etmiş şəxsin şəxsiyyəti qanunda nəzərdə tutulmuş öhdəliklə müəyyən edilməmiş olsun.

BAMF əcnəbini əməkdaşlıq öhdəliyini icra etməsi üçün inzibati tədbirlərlə buna məcbur edə bilər. Əcnəbi əgər bu öhdəliyi icra etmirsə, və ya bundan boyun qaçırırsa, onda BAMF müvafiq vəziyyətə uyğun özü qərar verə bilər, əgər:

1) əməkdaşlıq öhdəliyi sonradan da icra edilmirsə,

2) əcnəbi bu öhdəliyi üzrsüz səbəbdən icra etmirsə.

Müvafiq vəziyyətə uyğun qərar vermək, qaçqın statusunun ləğv edilməsi və ya geri götürülməsi ilə bağlı faktların bu qanuna və ya ‘İnzibati icraat haqqında” Qanunun 48-ci maddəsinə əsasən dəyərləndirilməsi nəzərdə tutulur. Bu situasiyada əcnəbinin öz öhdəliyini nə dərəcədə icra etmədiyi nəzərə alınır. Əcnəbilər BAMF tərəfindən bu qanuna müvafiq olaraq əməkdaşlıq öhdəliyinin məzmunu və onun hüquqi nəticələri barədə məlumatlandırılmalıdırlar.

4-cü Abzasın 1-ci cümləsinə açağıdakı kimi düzəliş edilib:
“Əgər BAMF əcnəbiyə əməkdaşlıq təklif etmədən onun mövcud statusunu ləğv edibsə və ya geri götürübsə, bu qanunun müddəaları və “İnzibati icraat haqqında” Qanunun 48-ci maddəsinə əsasən onu bu barədə məlumatlandırmalı və özünü ifadə üçün imkan yaratmalıdır.” Bu, o deməkdir ki, əgər əcnəbi BAMF tərəfindən əməkdaşlığa dəvət edilməmişdirsə, o, BAMF-ın qərarından şikayət edə bilər. Bu isə o deməkdir ki, BAMF qərar çıxarmazdan əvvəl yazılı şəkildə əcnəbini məlumatlandırmalıdır.

Qanuna əlavə edilən “3a” abzasının əsas məqsədi ondan ibarətdir ki, qaçqın statusu almış əcnəbi status alandan sonra ölkədə onun haqqında vəziyyətin dəyişməsi haqqında məlumatlıdıtsa və BAMF tərəfindən bu barədə məlumat tələb edilirsə, mütləq doğru informasiya verməlidir.

VIPedu.BIZ

Həmçinin oxuyun

“Paşinyana dedim ki, heç vaxt səni dəstəkləmərəm” – Lukaşenko

Belarus prezidenti Aleksandr Lukaşenko tən gün Minskdə rusiyalı jurnalistlərlə görüşündə KTMT baş katibi məsələsi ətrafında …