Şənbə , Noyabr 17 2018
Ana səhifə / Dünya / Almaniyada biabırçılıq: Rahiblər 3600-dən çox uşağa təcavüz ediblər

Almaniyada biabırçılıq: Rahiblər 3600-dən çox uşağa təcavüz ediblər

Almaniya 1946-cı ildən 2018-ci ilə qədər olan bir müddət ərzində Roma katolik kilsəsinə bağlı olan rahiblərin 3600-dən çox azyaşlı uşağı cinsi istismar etdiyi ortaya çıxıb.

 

 

 

68.jpg (37 KB)

Musavat.comxəbər verir ki, katolik kilsələrinin rəhbərliyi tərəfindən başladılan araşdırmaya əsasən tükürpərdici nəticələr əldə olunub. Belə ki, Almaniyanın “Şpigel” onlayn qəzeti tərafindən əldə olunan nəticələr ictimaiyyətə təqdim olunub.

Araşdırmaya əsasən 1600 din xadimi 3600-dən çox azyaşlı uşağa təcavüz edib.

Kilsə nümayəndəsi araşdırmanın nəticələrinin kifayət qədər ağır və utancverici olduğunu bildirib.

Almaniya mediyasının iddialarına görə, təcavüzdə adı hallanan din adamlarının yalnız 38 faizi məhkəmə qarşısına çıxarılıb, onlara isə sadəcə, töhmət verməklə kifayətləniblər.

İstismara uğramış azyaşlıların əksəriyyəti isə oğlan uşaqlarıdır və yarıdan çoxunun 12-13 yaş aralığında olduğu bildirilir.

13.jpg (164 KB)

Məsələnin ən müəmmalı tərəfi isə bu təcavüzkar rahiblərin etdiyi əməllər ortaya çıxdıqdan sonra onların kənar bölgələrə ezam olunması və barələrində getdikləri ərazidəki insanlara məlumatın verilməməsidir.

Araşdırmaçılar məsələnin dərinliyinə varmaq üçün ən qədim arxivlərin də araşdırılmasına başlayıblar. Bunun üçün 33 bölgənin arxivindən 38 min sənəd əldə olunub.

Araşdırmaçıların söylədiklərinə əsasən, hələ minlərlə sənəd yox edilib və ya təhrif olunub.

Bu işin başladılmasına təkan verən Stefan Akerman “araşdırmanın ortaya çıxardığı təcavüzlərinin çoxluğunun fərqindəyik. Nəticələrdən dəhşətə düşdük və utandıq” deyə vurğulayıb.

Stefan Akerman araşdırmanın əsas məqsədinin “kilsənin qaranlıq üzünün ortaya çıxarılması və edilən bu səhvlərin görülməsi, bundan dərs çıxarıb, təkrarlanmasının qarşısının alınması” olduğunu bildirib.

Araşdırmanın nəticəsi ilə bağlı hələlik Vatikandan heç bir açıqlama gəlməyib.

VIPedu.BIZ

Həmçinin oxuyun

İclasdan qayıdan Putin yolüstü aptekə girdi

Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda iclasdan qayıdarkən yolüstü Puşkin rayonundakı əczaxanalardan birinə baş çəkib. “ …