Ana səhifə / Dünya / AK Partiya ilə MHP arasındakı “Cümhur İttifaqı” bitdi : Baxçalı rəsmən açıqladı

AK Partiya ilə MHP arasındakı “Cümhur İttifaqı” bitdi : Baxçalı rəsmən açıqladı

Türkiyədə Millətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı, partiyasının qrup toplantısında hakim AK Partiya ilə birgə olan Cümhur İttifaqının sona çatdığını və MHP-nin bələdiyyə seçkilərinə öz namizədləriylə qatılacağını açıqlayıb.

Azinforum.az  xatırladır ki, AK Partiya ilə MHP arasında məhbuslara əfv verilməsi məsələsi ilə bağlı anlaşılmamazlıq yaşanırdı. Baxçalı artıq Cümhur İttifaqının başa çatdığını rəsmən açıqlayıb.

“MHP olaraq artıq öz göbəyimizi özümüz kəsməyə hazırıq. Heç bir ittifaq bir tərəfin rədd edilməsi ilə, yox sayılması, təklif edilənlərə göz yumması ilə ayaq üstdə qala bilməz. Heyətləri görüşüb görüşmədi, hüquqi zəmin var idi, yox idi dartışmalarına son qoymağın vaxtı çatıb.

Bu prosesi uzatmağın mənası yoxdur. Hər hansı bir ittifaq gözləntimiz bu mərhələdə artıq qalmamışdır. Məcburi görüşlərlə bir yerə getmək olmaz. Öz yolumuzu yalnız özümüz çəkəcəyik. 31 mart 2019 seçkilərində öz namizədlərimizə, öz emblemlərimizlə qatılıb hər seçki bölgəsində demokratik mübarizəmizi aparacağıq” – Baxçalı belə deyib.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …