Afrikalılara yardım etmiş azərbaycanlı həkimlər

Uroloq-cərrah Vasif  İsmayıl Afrikaya səfər tarixçəsindən və iş təcrübəsindən danışır

Xəbər verildiyi kimi, Azərbaycanlı həkim Mehriban Əlizadə Nigerdə anadangəlmə görmə qabiliyyəti olmayan 25 yaşlı Xədicə Şəfahətin gözlərini açıb. Həkim Xədicə Səfahətlə tibbi müayinə zamanı tanış olublar. Öz gözlərindən ümidlərini itirmiş Xədicə oftalmoloqa övladının gözlərini müayinə etdirmək üçün gəlibmiş.

Bu zaman azərbaycanlı həkim Xədicənin gözlərində mirvari suyu olduğunu sezib. Məlum olub ki, Xədicə Şəfahət anadan kataraktla doğulub və 25 ildir görmür. Övladını, həyat yoldaşını, hətta öz üzünü görməyən qadını Mehriban Əlizadə əməliyyat edib. Uğurlu əməliyyatın sabahı gözləri sarğıdan açılan Xədicə ilk dəfə güzgüdə özünü görüb.

Xədicəni gözünün nuruna qovuşduran azərbaycanlı həkim Niger səfəri haqda feysbuk hesabında bunları yazıb:“Getdiyimiz yer haqqında qısa da olsa  məlumatım vardı. Orada çox çətin şəraitdə – aclıq, çarəsizlik içində yaşayan insanlar bizi gözləyirdi. Aquiedə göz həkimi demək olar, yoxdur, başqa tibbi xidmətlər isə yox səviyyəsindədir. Orada ”uşağımı bir gün öncə yedirtdim” deyən anaya nə yedizdirdiyini soruşanda verdiyi cavab “bir neçə damla limon suyu” olur. O torpaqlara ayaq basdığımız zaman insanların sevinc dolu baxışlarını və qışqırıqlarını ömür boyu unutmayacağam. Bu xeyirxah işdə maddi dəstək olan ış adamlarına, hər cür çətinliklərə baxmayaraq ora gedən hər bir kəsə təşəkkür edirəm! Şükürlər olsun ki, bu mübarək işdə bir az da olsa, faydalı olduq”.

Afrikada olmuş azərbaycanlı ile ilgili görsel sonucu

Xədicənin əməliyyatına gəlincə, cərrah bunları deyib: “Mən Xədicənin qəribə baxışları olduğunu sezdim. Diqqət etdiyimdə gözündə ağ katarakt olduğunu gördüm. Xəstəni dərhal əməliyyata götürərək gözlərinə linza qoyduq. Bir gün sonra gözlərini açdıqda qüsursuz şəkildə dünyanı, övladını görə bildi. Ətrafına qəribə baxışlarla baxıb ağladı. Gözlərini açdıqda necə güləcəyini bilmirdi. Bu qədər həyəcanlı olması bizi çox duyğulandırdı. Onunla şəkil çəkdirərək gülməsinə nail olduq. Əslində bir insan üçün bundan böyük xoşbəxtlik yoxdur”.

Məlumat üçün bildirək ki, Nigerə səfər edən könüllü həkim qrupu 635 katarakt əməliyyatı, 1523 göz müayinəsi, 1118 diş müayinəsi, 3403 terapevtik müayinə, o cümlədən 1000 körpənin müayinəsi, 400 ultrasəs müayinəsi həyata keçirib.

Bir neçə il əvvəl tanınmış uroloq-cərrah Vasif İsmayıl da yardım məqsədilə Afrikaya səfər etmiş həkimlərdəndir. Avropa Uroloqlar Cəmiyyətinin və Avrasiya Robotik və Laparoskopiya Cərrahiyyəsi Dərnəyinin xətti ilə Afrikaya gedən V.İsmayıl Afrikanın iki ölkəsində olub: “Biz ora kurs verməyə getmişdik. Afrikada ümumilikdə bir həftə qaldıq. 2 gün oradakı həkimlərə laparoskopik əməliyyatları öyrətdik, 2 gün də onların təşkil etdiyi konfransda olduq. Avropa Uroloqlar Cəmiyyəti və Avrasiya Robotik və Laparoskopik Urologiya Cərrahiyyəsi Dərnəyinin başında professor Yaşar Özgök dayanır. Bu kursları o verir. Səfər çərçivəsində Afrikanın iki ölkəsində – Sudan və Nigeriyada olduq. Getməzdən əvvəl sarı qızdırma peyvəndi vurdurdum. Bu, malyariya kimi xəstəlikdir. Öldürücüdür. Təyyarədən düşən kimi pasportdan əvvəl vaksin olunmanız haqda sənədi yoxlayırlar. Vaksin sənədiniz olmasa, ölkəyə buraxmırlar”.

Ä°lgili resim

V.İsmayıl Kalabarı təhlükələrindən danışır: “Bu kursları Avropa ölkələrində də vermişəm, amma afrikalılar avropalılardan daha tez qavrayırdı. Onlara bir-iki texnika göstərdim, onlar o texnikanı beş dəqiqə ərzində məndən yaxşı eləməyə başladılar. Çox bacarıqlı, istiqanlı idilər. Amma çox təhlükəli yerdir. Küçədə rahat gəzmək olmur. Ağ adamın yanında mütləq bir yerli olmalıdır. Uşaq pornoqrafiyasının, uşaq cinsi istismarının dəhşət yayıldığı yerdir. Kalabarda bizim hotelin ətrafında 10-12 yaşlarında qız uşaqlarını vitrinə düzmüşdülər.

Qaldığım hoteli Nigeriyanın Hərbi Dəniz Qüvvələri qoruyurdu. Adamların əlində zenit tüfəngləri vardı. Hoteli qumbaraatanla qoruyurdular. Orada olduğumuz müddətdə yanımızda atışma oldu, iki nəfəri öldürdülər. Ona görə də hoteldən kənara çıxa bilmirdik. Xəstəxanaya bizi  xüsusi maşınla aparırdılar. Yeməyimizi hoteldə yeyirdik. Ən böyük problemimiz o oldu ki, biz onların yeməyini yeyə bilmədik. Mən özümü  daşdan yumşaq nə varsa, yeyən sayıram, amma Afrikada yemək yeyə bilmədim. Onların hətta düyüsünü belə yemək olmur. Yeməklərindən qəribə qoxu gəlirdi. Sonralar başa düşdüm ki, ora gedənlər ancaq yer fıstığı yeyirlər, ya da qısa müddətə gediblərsə, özləri ilə hazır yemək aparırlar. Nigeriyada livanlılar çox aktivdirlər. Eşitdiyimə görə, livanlıların Kalabarda iki restoranı var. Təhlükəsizlik məsələsinə görə hoteldən kənara çıxmağa icazə vermədilər. Çünki bizim kənarda yeməyə getməyimiz üçün ayrıca maşın, qoruma verməli idilər.

Orada xüsusi qorumanın bir günü 260 dollar idi. Əgər avtobusda onların öz adamı olmasaydı, hər an hücum edə bilərdilər. Avtobusda öndə onlar, arxada biz otururduq. Gedəndə təhlükə haqda məlumatım vardı, amma bu qədər olacağını bilmirdim. Bununla belə, yenə getmək istəyirəm. Şəhəri gəzə bilmədim. Eşitdiyimə görə, ağ adam yanında yerli bir nəfər olsa, şəhəri gəzə bilərmiş. Amma gərək əynində nimdaş paltar ola, üstündə bahalı heç nə, çantan olmaya. Həm də bir az qalandan sonra gözləri də öyrəşir, dəymirlər. Amma maraqlı şəhərdir. Cəmiyyətin necə millət olmağa doğru getdiyini gözlə görmək olur. Orada insan canının heç bir qiyməti yoxdur. Adamın birini yolda maşın vurub, qurd-quş meyitini yeyib dağıdıb. Adamı kimsə basdırmadı, heç kəs də axtarmadı…”

Zdrave universal kremi zdrave forte