AzNews.az “Milliyet” qəzetinə istinadən xəbər verir ki, İstanbul Cümhuriyyət Baş İstintaq İdarəsinin araşdırması çərçivəsində Adnan Oktar həbs olunmuşdu. Əməliyyatlarda 187 nəfər saxlanılıb, onlardan 169-u azadlıqdan məhrum edilib. İstanbulda Metris və Silivri cəzaçəkmə müəssisələrində yerləşdirilmiş məhkumlar sonradan digər bölgələrdəki həbsxanalara göndəriliblər.

Həmçinin qadın məhkumlar da Kocaeli, Gebze, Təkirdağ cəzaçəkmə müəssisələrində yerləşdiriliblər. Onlar iki həftədən sonra həbsxana həyatı ilə barışmağa başlayıblar. Kediciklər müəssisədə qadın məhkumların işlətdiyi gözəllik mərkəzinə gedərək sosial imkanlardan yararlanıblar. Həbsxanadakı gözəllik salonunun digər salonlarla eyni şəraitə malik olduğu da qeyd edilib.