Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / ABŞ Ukrayna ordusuna 200 milyon dollar ayırdı – Pentaqon açıqlama yaydı

ABŞ Ukrayna ordusuna 200 milyon dollar ayırdı – Pentaqon açıqlama yaydı

ABŞ Müdafiə Nazirliyi Ukraynanın hərbi müdafiə imkanlarını gücləndirmək üçün 200 milyon dollar ayırdığını bildirib.

Pentaqonun cümə günü verdiyi elanında deyilir ki, bu vəsait hərbi təlimlər, təchizat və konsultasiya yardımı üçün istifadə ediləcək. Əlavə edilir ki, yardımın və təchizatın çatdırılması tarixləri daha sonra müəyyən ediləcək.

Beləliklə 2014-cü Rusiyanın ildə Krımı ilhaq etməsindən bəri ABŞ-ın Ukraynanın təhlükəsizlik sektoruna ayırdığı ümumi vəsaitin həcmi 1 milyard dollar təşkil etdi. Ukrayna höküməti silahlı qoşunlarlnın NATO alyansına daxil olan ordulara müvafiq səviyyəyə gətirmək üzərində çalışır.

Yeni yardım Helsinkidə Donald Tramp və Vladimir Putin arasında zirvə görüşündən sonra ABŞ-Rusiya münasibətləri ilə bağlı yaranmış siyasi debatların olduğu bir zaman həyata keçirilir. (Amerikanın Səsi)

Həmçinin oxuyun

“Rusiya ilə münasibətlər ən yüksək səviyyədə deyil” – Mirzoyan

“İrəvanla Moskva arasında münasibətlər ən yüksək səviyyədə deyil”.Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan …