Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / ABŞ Suriyadan 3 şərtlə çıxa bilər – Trampın planı açıqlandı

ABŞ Suriyadan 3 şərtlə çıxa bilər – Trampın planı açıqlandı

“Hədəf hərbi birliklərimizin evə qayıtmasıdır. Amma ABŞ Suriyadan üç məsələyə nail olmadan çıxmayacaq”
AzVision.az xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi təmsilçisi Nikki Halley “CBS” televiziyasına açıqlamasında deyib.

“Birinci kimyəvi silahdan istifadəyə icazə verə bilmərik. Bunun baş verməməsi üçün mübarizə aparacağıq. İkinci, İŞİD-in tamamilə məğlub edilməsi lazımdır. Üçüncü, İranın bölgəyə hakim olmadığından əmin olmalıyıq”, – Halley bildirib.

N.Halley qeyd edib ki, ABŞ mövcud şəraitdə Suriya rejimi ilə əsla birbaşa təmas qurmayacaq.

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …