Ana səhifə / Dünya / 500 milyon dollarlıq malikanə: tikinti başa çatır, müştəri çıxacaqmı…

500 milyon dollarlıq malikanə: tikinti başa çatır, müştəri çıxacaqmı…

ABŞ-da kinoprodüser və daşınmaz əmlak developeri Nil Niyami Los-Ancelesdə tikintisinə bir neçə il əvvəl başladığı nəhəng malikanəyə ilkin qiymət qoyub-500 milyon dollar! Virtualaz.org “The New York Times”a istinadən xəbər verir ki, bu ev indiki zəmanənin hərislik, ifratçılıq və qeyri-bərabərlik rəmzinə çevrilə bilər.

Tikinti beş il əvvəl başlayıb. İşlər gələn ilin yazında yekunlaşacaq və malikanə Amerikanın ən iri fərdi evlərindən biri olacaq. Onun sahəsi 10 min kvadratmetrə yaxındır, start qiymətinin 500 milyon dollar olacağı nəzərə alınarsa Amerikanın və dünyanın ən bahalı mülkü ola bilər.

Malikanədə 20 yataq otağı yerləşir, onlardan 7-si xidmətçi personal üçün nəzərdə tutulmuş ayrıca binadadır. Ən böyük yataq otağının sahəsi isə 5500 kvadratmetrdir. Orada ayrıca kabinet, hovuz və mətbəx var.

Malikanənin ərazisində gözəllik salonu və kokteyl-bar yerləşir, orada döşəməni və tavanı içərisində meduzalar olan akvariumlar əvəzləyir. Niyami nəyə görə belə seçim etdiyini, döşəməni və tavanı akvariuma çevirdiyini izah edə bilməyib: “Ağlıma belə gəldi. Belə çox sanballıdır”.

Malikanənin ərazisində habelə dörd hovuz yerləşir, onlardan biri əsas yataq otağı ilə üzbəüzdür. Liftlərin sayını isə Niyami dəqiq deyə bilməyib: “Deyəsən beşdir…”

Hazırda Amerikada satışda olan ən bahalı malikanə Nyu-Yorkdakı Hemptons villasıdır ki, onun da qiyməti 137 milyon dollardır. Dünyanın ən bahalı evini isə bu yaxınlarda Fransad Səudiyyə vəliəhdi Məhəmməd bin-Salmanın 300 milyon dollara aldığı üzə çıxmışdı.

Daşınmaz əmlak satışı ilə məşğul olanlar deyirlər ki, hələ indiyə qədər heç bir ev 500 milyon dollara yaxın qiymətə satılmayıb. Digər tərəfdən hazırda danınmaz əmlak bazarında dəyəri 100 milyon civarında olan evlərin sayı belə evləri almaq imkanı olan müştərilərin sayından xeyli çoxdur.Bu baxımdan daşınmaz əmlak ekspertləri Nil Niyaminin evə 500 milyon dollara müştəri tapa biləcəyinə şübhə edirlər.

Developer tikintiyə nə qədər xərclədiyini açıqlamaqdan imtina edib. Lakin o, evi hətta 500 milyon dollardan ucuz satsa da xeyli gəlir götürə bilər. Niyaminin digər üstünlüyü odur ki, Los-Ancelesdə, eləcə də ABŞ-ın digər yerlərində heç kim bu cür böyük ev tikmir, tikmək niyyətində də deyil.

“Biz bu evi hökmən satacağıq, çünki başqaları artıq belə ev tikmir”- Hilton & Hyland rieltor şirkətinin prezidenti Ceff Haylend bildirib.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …