Ana səhifə / Dünya / 4 minə yaxın erməninin “Facebook” profili ələ keçirilib

4 minə yaxın erməninin “Facebook” profili ələ keçirilib

Sosial şəbəkələrin Ermənistan seqmentində Azərbaycana qarşı təxribat kampaniyası aparılır. Ölkəmizlə bağlı mütəşəkkil şəkildə dezinformasiya yayan minlərlə təxribatçı erməni istifadəçinin “Facebook” profili ələ keçirilib.

İnformasiya təhlükəsizliyi üzrə ekspert Samvel Martirosyan “Faceboook” səhifəsində son 1-2 ay ərzində sındırılan hesabların elektron ünvanlarını paylaşıb.

“Hakerlər bildirirlər ki, 4 minə yaxın hesabı ələ keçiriblər, əslində siyahıda yalnız 1300 istifadəçinin məlumatları paylaşılıb. Bir çox login və şifrələrdən istifadə olunur. İstifadəçilərin özləri belə onların hesabının sındırıldığından xəbərsizdirlər. Çünki hakerlər hələ də onların hesablarından istifadə etməyiblər”.

Martirosyan “Facebook” profillərinin azərbaycanlı hakerlər tərəfindən ələ keçirildiyini iddia edib. (AzVision.az)

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …