Çərşənbə axşamı , Noyabr 13 2018
Ana səhifə / Dünya / 33 yaşlı “Eurovision” təmsilçisi maşınında ölü tapıldı -VİDEO

33 yaşlı “Eurovision” təmsilçisi maşınında ölü tapıldı -VİDEO

2011-ci il Almaniyada keçirilən “Eurovision” mahnı müsabiqəsində Makedoniyanı “Rusinka” mahnısı ilə təmsil edən müğənni Vlatko İlievski dünyasını dəyişib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, rok ifaçısı paytaxt Skopye şəhərində avtomobilində ölü tapılıb.

Ötən həftə 33 yaşını qeyd edən sənətçinin hansı səbəbdən öldüyü hələ ki, məlum deyil.
Qeyd edək ki, analoji hadisə 2007-ci ildə də baş verib. Belə ki, 2004-cü ildə Türkiyədə keçirilən “Eurovision”da Makedoniyanı təmsil edən 26 yaşlı Tose Proeski avtomobilində qətlə yetirilib.

VIPedu.BIZ

Həmçinin oxuyun

Türkiyədə 60-dan çox əsgər həbs edilib

Türkiyədə FETÖ təşkilatına qarşı keçirilən əməliyyatlar zamanı saxlanılan hərbi qulluqçular barəsində məhkəmə hökm çıxarıb. Belə …