29 ölkənin səfirindən Trampa etiraz

Avropa ittifaqına üzv olan 29 ölkənin ABŞ-dakı səfirləri Donald Trampa məktub yazaraq onun Avropaya qarşı ticarət tarifləri tətbiq etməsini tənqid ediblər.

AzVision.az “The Washington Post”a istinadən xəbər verir ki, səfirlər Trampa çağırış edərək bildiriblər: “Avropa şirklətləri və fermerlərinin bazara girişinin səmərəliləşdirilməsi və Çinin ifrat polad ixracına cavab vermək üçün açıq və ədalətli qaydalara əsaslanan ticarət sistemi yaradılsın”.

Məktubda, həmçinin vurğulanıb ki, ABŞ və Avropa İttifaqı digər ölkələrin yalnız xəyalını qura biləcəkləri bir tərəfdaşlığa malikdir. Lakin Vaşinqtonun birtərəfli qaydada Avropa məhsullarına yüksək gömrük rüsumu tətbiq etməsi qarşılıqlı faydalı əməkdaşlığa söykənən tərəfdaşlığı təhdid edir.

Qeyd edək ki, ABŞ administrasiyası iyunun 1-dən etibarən Avropa İttifaqı ölkələri, Kanada və Meksikadan idxal edilən polad və alüminium məhsullarına müvafiq olaraq 25 və 10 faizlik gömrük rüsumu tətbiq etməyə başlayıb. Artıq Avropa İttifaqı Komissiyası və Kanada iyulun 1-dən etibarən ABŞ-dan idxal olunan bir sıra məhsullara əks-tariflər tətbiq etmək barədə qərar qəbul ediblər.

Zdrave universal kremi zdrave forte