Ana səhifə / Dünya / 10 ölkənin hüquqçuları Bakıda toplaşıb – terrora qarşı beynəlxalq konfrans

10 ölkənin hüquqçuları Bakıda toplaşıb – terrora qarşı beynəlxalq konfrans

Hüquq professoru İlham Rəhimovun təşəbbüsü ilə Bakıda beynəlxalq konfrans işə başlayıb

Bu gün “Holiday İnn” otelində Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyası və Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun birgə təşkilatçılığı ilə “Beynəlxalq terrorizm və müasir şəraitdə ona qarşı mübarizə” mövzusunda beynəlxalq konfrans keçirilir.

Beynəlxalq konfransa Azərbaycanın dövlət qurumlarının təmsilçiləri, respublikanın tanımış hüquqşünasları, eləcə də Rusiya, Türkiyə, İngiltərə, Bolqarıstan, Serbiya, İtaliya, Moldova, Ukrayna , Belarusdan nüfuzlu hüquqşünaslar qatılıb. Musavat.com xəbəri Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının Bakı ofisindən alıb. Yada salaq ki, quruma hüquq professoru İlham Rəhimov rəhbərlik edir.

Toplantıda çıxış edən AMEA-nın İnsan Haqları İnstitutunun direktoru Aytən Mustafayeva bildirib ki, 20-21-ci əsrlərdə terrorizm çox ciddi savaşa çevrilib və onunla mübarizə aparmaq son dərəcə çətindir. Çünki terrorizm heç bir qayda tanımır. Bildirmək istəyirəm ki, artıq 30 ilə yaxındır Azərbaycan erməni terrorizmi ilə mübairzə aparmaq məcburiyyətindədir. Mən bu sözləri yalnız azərbaycanlı olaraq söyləmirəm. Dünya terrorunun bir qolu olan erməni terroru zaman-zaman Avropanın, ABŞ-ın, Rusiyanın təhlükəsizliyin üçün ciddi problemlər yaradıb və yaratmaqdadır. Mən erməni terrorizmin vüsət aldığı illərdə ictimai nəqliyyatda, xüsusən metrolarda baş verən terror aktlarını xüsusilə yada salaq istəyirəm. Erməni terrorçularının hazırladıqları təxribatlarda dünyanın müxtəlif ölkələrində yüzlərlə dinc insan terrorun qurbanı olub. Azərbaycanın üzləşdiyi erməni terroru isə artıq savaş formasına keçib, açıq terror xarakteri alıb. Son illərdə Azərbaycan qanunvericiliyi terrorizmlə mübarizəyə birbaşa və dolayısı ilə aid olan qanunvericilik aktları, hüquq normaları ilə təkmilləşib. Azərbaycanın Rabiyə və Yüksək Texnologiyalar Nazirliyində internet resurslarında beynəlxalq terrorizmlə, xüsusən hiberhücumlarla mübarizə agentliyi yaradılıb. Mən günümüzdə çox geniş şəbəkəyə çevrilən hiberhücumlar üzərində xüsusi dayanmaq istəyirəm. Beynəlxaq praktika da göstərir ki, bu beynəlxalq şəbəkə internet ünvanlar vasitəsilə insanları da prosesə cəlb edirlər. Vətəndaşlar aldıqları SMS-lər vasitəsilə bilməyərəkdən öz bank hesablarını, digər şəxsi bilgilərini terror şəbəkəsi üçün açırlar. Bu yollar hibergücumçuların əlində nəhəng kapital formalaşır və beynəlxalq bank sistemində həmin pulların hərəkətinə nəzarət faktiki mümkünsüz olur. Bu isə o deməkdir ki, dünyanın heç bir ölkəsi bu şəbəkənin hücumundan sığortalanmayıb. Düşünürəm ki, dünya hüquq elminin aparıcı mütəxəssisləri, eyni zamanda insan haqları üzrə ixtisaslaşmış alimlər ortaq müzakirələrlə terrorizm, xüsusən onun yeni formaları ilə mübarizənin yeni yollarını tapmalıdırlar”.

 

***

Tədbir çərçivəsində Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının növbəti toplantısı da keçiriləcək. Toplantıda Assosiasiyanın 2017-ci ilin mayından 2018-ci ilin avqustunadək olan dövr üçün fəaliyyətinə dair məlumat veriləcək, yeni namizədlərin üzvlüyə qəbul olunması ilə bağlı təkliflərə baxılacaq. Qurum üzvləri təşkilatın 2018 – 2019-ci illər üçün Fəaliyyət Planı təsdiqləyəcək, gündəlikdə duran məsələləri müzakirə edəcəklər.

Aygün Muradxanlı, Musavat.com

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …