Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya /  Güneyli deputatdan fars mətbuatına ağır cavab: – “Qarabağ Azərbaycanındır”

 Güneyli deputatdan fars mətbuatına ağır cavab: – “Qarabağ Azərbaycanındır”

İranın Urmiya millət vəkili Nadir Qazipur fars mətbuatına açıqlama verən Dağlıq Qarabağdakı separatçı rejimin “nazir’i Masis Mayılyana cavab verib.

Yenicag.az xəbər verir ki, Nadir Qazipur Qarabağ məsələsinin sülh yolu ilə həllini dəstəklədiklərini bildirib: “Fəqət bizim istəyimiz Azərbaycan dövləti və millətinin Qarabağa geri qayıtmaq arzusunun gerçəkləşməsidir. Əgər orada referendum olacaqsa, ondan öncə Azərbaycan xalqı sürgün olunduğu Qarabağa geri qayıtmalıdır”.

Azərbaycan əsilli millət vəkili İranın “Şərq” qəzetinin qondarma rejimi “respublika” adlandırmasının və Mayılyanın çıxışını yayımlanmasını ölkə mənafeyinə və Azərbaycanla əlaqələrə zidd hesab etdiyini bildirib.

Xalxal və Kosərin İran parlamentindəki millət vəkili Bəşir Xaliqi də İran qəzetinin bu reportajını qətiyyətlə pisləyib. Güney Azərbaycanın səsi olan “Yolpress”ə verdiyi açıqlamada qəzetin mövcud olmayan bir “respublika”nın “nazir”inin fikirlərini yaymasını təxribat adlandırıb. Bunun bir nifaq toxumu səpdiyini bildirib.

Qeyd edək ki, anti-türk “Azəriha” saytı və “Şərq” qəzetində Azərbaycan əleyhinə yazılar müntəzəm olaraq, dərc edilir.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …