Ana səhifə / Dünya / Ərdoğana sui-qəsd hazırlanıb – Kəşfiyyat hərəkətə keçdi

Ərdoğana sui-qəsd hazırlanıb – Kəşfiyyat hərəkətə keçdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana Balkan ölkələrinə ziyarəti zamanı bir qrup türkəsilli şəxslər tərəfindən sui-qəsd hazırlanması xəbəri kəşfiyyat orqanlarını hərəkətə keçirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Anadolu Agentliyi” məlumat yayıb. Makedoniyanın paytaxtı Skopyedə yaşayan türklər “Prezident Ərdoğana Balkan ölkələrinə ziyarəti zamanı sui-qəsd cəhdi olacaq” deyə xəbərdarlıq ediblər. Müxtəlif mənbələrdən gələn bənzər məlumatlar Türkiyənin xüsusi xidmət orqanlarını hərəkətə keçməyə vadar edib. Sui-qəsd planı, gerçəkləşdirləcəyi gün, yer, planlanan metod – digər məsələlərlə bağlı araşdırmalara başlanılıb.

***

Məsələ ilə bağlı hökumət sözçüsü Bekir Bozdağ açıqlama verib: “Prezidentə sui-qəsd xəbərləri yeni deyil və hər zaman olub. Ərdoğan təzyiq, hədə və ölüm qorxusuyla yolundan dönəcək biri deyil. Bu qədər baş verənlərdən sonra bunu bilməyənlər axmaqlardır”.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …