Ana səhifə / Dünya / Ərdoğan və Tramp səudiyyəli jurnalistin ölümü məsələsini müzakirə ediblər – FOTOLAR

Ərdoğan və Tramp səudiyyəli jurnalistin ölümü məsələsini müzakirə ediblər – FOTOLAR

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Tramp səudiyyəli jurnalist Camal Xaşuqcinin ölümü məsələsini müzakirə ediblər.

Trend-in türk mediasına istinadən verdiyi məlumata əsasən, söhbət Fransa prezidenti Emmanuel Makronun adından Orse muzeyində verilən şam yeməyi zamanı baş tutub.

Xatırladaq ki, oktyabrın 2-də ər-Riyadın siyasətini tənqid etməklə tanınan C.Xaşuqci Türkiyə vətəndaşı ilə nikahını rəsmiləşdirmək üçün sənədləri almaq məqsədilə Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gedəndən sonra itkin düşüb. Bir neçə gün sonra Türkiyə polisi onun itkin düşməsi ilə bağlı araşdırmalara başlayıb.

Oktyabrın 20-də isə Səudiyyə Ərəbistanı hakimiyyəti C.Xaşuqcinin Baş konsulluqda münaqişə nəticəsində öldüyünü bəyan edib.

Həmçinin oxuyun

3 uşaq anası 9 saatlıq əməliyyatdan sonra vəfat etdi – Azərbaycanlı həkim ittiham edilir

Türkiyədə qadın əməliyyatdan sonra ölüb. Hadisə Kayseri şəhərində yerləşən özəl xəstəxanalardan birində qeydə alınıb. 3 …