Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Ərdoğan NATO-nun üzrxahlığını qəbul etmədi

Ərdoğan NATO-nun üzrxahlığını qəbul etmədi

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan NATO-nun Norveçdə keçirilən təlimlərində baş verənlərlə bağlı alyansın baş katibinin üzrxahlığını qəbul etməyib. Virtualaz.org xatırladır ki, təlimlərdə NATO-nun şərti düşməni kimi hədəf olaraq Atatürkün və Ərdoğanın portretləri yerləşdirilib.

“Reuters” xəbər verir ki, Ərdoğanın sözlərinə görə, bu cür “tərbiyəsiz” hərəkəti sadəcə üzrxahlıqla bağışlamaq qeyri-mümkündür.

“Biz NATO-nun təlimlərində hörmətsiz münasibət gördük. Bəzi səhvləri axmaqlar deyil, alçaqlar edir”, – Ərdoğan bildirib və əlavə edib ki, bunu sadə bir üzrxahlıqla bağışlamaq olmaz.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …