Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Dünya / Ərdoğan ABŞ və Rusiya prezidentləri ilə apardığı danışıqların detallarını açıqlayıb

Ərdoğan ABŞ və Rusiya prezidentləri ilə apardığı danışıqların detallarını açıqlayıb

“Ötən axşam ABŞ prezidenti Donald Trampla Suriyadakı məsələləri, terrorçuluğa qarşı mübarizəni müzakirə etdik. İki gün öncə Rusiya prezidenti Vladimir Putinlə də bu məsələləri müzakirə etmişdik. Onlara dedim ki, biz buralardan (Suriyanın Afrin şəhərini nəzərdə tutur) geri addım ata bilmərik”.

“Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O vurğulayıb ki, türk xalqı tarixən hər zaman məzlumların köməyinə çatıb, ehtiyacı olanların yanında yer alıb: “Mən bunu Trampa da, Putinə də söylədim”.

Prezident qeyd edib ki, terrorçulardan azad edilən Afrində geniş əməliyyatlar davam edir: “Afrinlə bağlı məsələni, demək olar ki, bitirmişik. Amma bu məsələlər Afrinlə yekunlaşmayacaq. İdlib var, Membiç var. Oralarda da haqq-ədalət yerini tutana qədər yolumuza davam edəcəyik”.

R.T.Ərdoğan bəyan edib ki, Türkiyə terrorizmə qarşı mübarizəni davam etdirəcək: “Mübarizəmiz bitməyib, bəziləri sakit dayanmadılar. PKK 40 ildir susmur. Biz də səbrlə gözlədik, amma səbrimizin də bir həddi var. İndi bu məsələlərdə hansı səviyyəyə gəldiyimizi hamı görür. Artıq onlara həddlərini bildirməyimiz lazımdır. Cudidə, Tendürekdə, Bestler dərəsində onların yuvalarına qədər getdik, bütün sığınacaqlarını dağıtdıq. Oradan Suriyaya qaçdılar. PKK PYD ilə birləşdi. Onlara da lazım olan dərsi verdikmi?! Verdik! İndiyə qədər 3700-dən çox terrorçunu zərərsizləşdirmişik. Bu işi davam etdiririk və etdirəcəyik. Bundan əvvəl “Fərat qalxanı” (“Fırat kalkanı”) əməliyyatı zamanı onlara lazım olan dərsi vermişdik”.

Həmçinin oxuyun

3 uşaq anası 9 saatlıq əməliyyatdan sonra vəfat etdi – Azərbaycanlı həkim ittiham edilir

Türkiyədə qadın əməliyyatdan sonra ölüb. Hadisə Kayseri şəhərində yerləşən özəl xəstəxanalardan birində qeydə alınıb. 3 …