Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Əhmədinejadı Xameneyinin göstərişi ilə Şirazda tutublar…

Əhmədinejadı Xameneyinin göstərişi ilə Şirazda tutublar…

İranın eks-prezidenti Mahmud Əhmədinejadın həbsinin bəzi təfərrüatları məlum olub. Keçmiş prezidenti ölkədə iğtişaşları qızışdırmaqda ittiham edərək Şiraz şəhərinə səfəri zamanı həbs ediblər. Hələlik İran hakimiyyəti Əhmədinejadın həbsini təsdiq etməyib. Habelə keçmiş prezidentin həbsinin hansı tarixdə baş verdiyi də məlum deyil.

Bununla belə Tehrandakı mənbələr bildirir ki, Əhmədinejadı Şirazda Ali dini lider Əli Xameneyinin şəxsi razılığı və göstərişi ilə həbs ediblər. Həbsdə əsas səbəb kimi keçmiş prezidentin yanvarın 4-də Buşəhrdə etirazçılar qarşısında çıxışı göstərilir. Həmin çıxışında Əhmədinejad bildirib ki, “bəzi yüksək vəzifəli məmurlar” insanların problemlərindən uzaq düşüb və cəmiyyətdəki real vəziyyətdən bixəbərdir. “İran bu gün təsərrüfatsızlıqdan ziyan çəkir, iqtisadi resursların qıtlığından deyil”-keçmiş prezident bildirib.

 

Əhmədinejadın çıxışında dediyi kimi prezident Həsən Ruhaninin hökumətinin üzvləri mütləq hakimiyyətin onlara məxsus olduğunu düşür, insanları isə heç nə qanmayan vecsiz, kütbeyin cəmiyyətin fərdləri hesab edir. Onun sözlərinə görə, insanlar hökumətdən narazıdır, çünki hökumət ictimai rifahı öz inhisarına alıb və tənqidi qəbul etmir, özünü və öz hərəkətlərini haqq kriteriyası sayır.

Mənbələrin bildirdiyinə görə İran hakimiyyəti Əhmədinejadın bu nitqini ölkədə iğtişaşları qızışdırmaq cəhdi hesab edib. Ehtimal olunur ki, Əhmədinejadı saxlayandan sonra ev dustağı ediblər.

Xatırladaq ki, bundan əvvəl İnqilab Keşikçiləri Korpusunun komandanı ölkədəki etirazların arxasında “bir keçmiş yüksək vəzifəlinin dayandığını” bildirmişdi. Ehtimal edilirdi ki, bununla məhz Əhmədinejad nəzərdə tutulur.Virtualaz.org

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …