Çərşənbə axşamı , Yanvar 22 2019
Ana səhifə / Dünya / Ərdoğanla Putinin daha bir görüşü keçirilə bilər

Ərdoğanla Putinin daha bir görüşü keçirilə bilər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın sonunda Almaniyaya nəzərdə tutulan səfərindən sonra rusiyalı həmkarı Vladimir Putinlə görüşə biləcəyini deyib.

RİA “Novosti” xəbər verir ki, bu barədə “Hurriyet” qəzeti yazıb.

“Bizim aramızda (Rusiya ilə) fikir ayrılığı var və biz bunu XİN, Müdafiə Nazirliyi, kəşfiyyat idarələri səviyyəsində müzakirə edirik. Almaniyaya səfərdən sonra (27-28 sentyabr) biz Putinlə yenidən görüşə bilərik”, — deyə Ərdoğan Tehrandakı sammitdən geri qayıdarkən təyyarənin göyərtəsində jurnalistlərə bildirib.

VIPedu.BIZ

Həmçinin oxuyun

Azərbaycanlı Ukraynanın prezidenti ola bilər

Ukrayna Mərkəzi Seçki Komissiyasının yanvarın 21-də keçirilən iclasında ölkənin Fiskal Xidmətinin sabiq rəisi, əslən azərbaycanlı …