Şənbə , Dekabr 15 2018
Ana səhifə / Dünya / “Ərdoğanla niyə tez-tez görüşürsünüz” sualına Putin belə cavab verdi: “Türkiyənin İdlibdə bacarıqlı olmadığını görüruk…”

“Ərdoğanla niyə tez-tez görüşürsünüz” sualına Putin belə cavab verdi: “Türkiyənin İdlibdə bacarıqlı olmadığını görüruk…”

Rusiya prezidenti Vladimir Putin G20 toplantısının yekunu ilə bağlı mətbuat konfransı keçirib.

Belə ki, jurnalistlərdən biri Putinə “Niyə Ərdoğanla tez-tez görüşürsünüz” sualını verib.

Buna cavab olaraq Rusiya lideri deyib ki, əsas məqsəd Suriya böhranıdır və bu böhranın həlli üçün bütün mümkün variantları dəyərləndirmək məcburiyyətindədirlər: “Biz dialoq üçün bütün imkanlardan istifadə etməkdəyik. Suriya problemi ilə bağlı məsələlər böyük səbr tələb edir. Həqiqətən bunu həyata keçiririk. Çox diqqətli şəkildə problemin həlli ilə bağlı irəliləyirik”.

İdlibdəki son vəziyyəti dəyərləndirən Putin bildirib ki, həmin şəhərdəki vəziyyətdən çox narahatdır: “İdlibdəki durum bizi də narahat edir. Türk ortaqlarımızın orada tamamən bacarıqlı olmadığını görüruk, amma onlar çalışırlar. Onların hərbsizləşdirilmiş bir bölgə yaratmaq üçün əllərindən gələni etdiklərini görürük.  Xüsusi təyinatlılarımızın və müdafiə qüvvələrimizin ən qısa zamanda bu məsələni həll edəcəyinə ümid edirik”. (Strateq.az)

VIPedu.BIZ

Həmçinin oxuyun

5-ci mərtəbədən yıxılan uşağı havada tutdular – VİDEO

Rusiyada qeyd edilən bir görüntü ürəkləri ağıza gətirib. Yoldan keçən bir adam 5-ci mərtəbədən yıxılan …