Cümə axşamı , Noyabr 15 2018
Ana səhifə / Dünya / Ərdoğandan xarici neft şirkətlərinə sərt xəbərdarlıq: “Dəniz quldurlarının cavabı veriləcək”

Ərdoğandan xarici neft şirkətlərinə sərt xəbərdarlıq: “Dəniz quldurlarının cavabı veriləcək”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xarici neft şirkətlərinə Kiprin yaxınlığındakı sularda enerji axtarışı işlərinin aparlmamasına dair xəbərdarlıq edib.

O bu barədə çıxışında Ankaranın xəbərdarlıqlarını qulaqardına vurnaları “dəniz quldurları” adlandırıb və deyib ki, Türkiyə onlara qarşı “Suriyadakı düşmənlərinə cavab verdiyi kimi” tədbirlər görəcək.

Guardian yazır ki, Avropa İttifaqının üzvü Kiprə yaxın sularda qazıntı işlərinin aparılması çox həssas məsələyə çevrilib. Adanın şimalda yerləşən üçdə biri Türkiyə tərəfindən işğal edilib. Türkiyə Kiprə 1974-cü ildə bu ölkə Yunanıstanla birləşmək istəyəndə hərbi müdaxilə edib.

Adanın şimalındakı Şimali Kipr Türk Respublikası adlı ərazinin müstəqillyini yalnız Türkiyə tanıyıb. BMT adanın birləşdirilməsinə can atır.

Türkiyənin “Burqazada” hərbi gəmisinin istifadəyə verilməsi mərasimində çıxış edən Ərdoğan deyib ki, sözü gedən “dəniz quldurları” “Suriyadakı terrorçular kimi bədəl ödəməli olacaqlar”. Türkiyə son iki ildə Suriyadakı kürd silahlılarına və özünü İslam Dövləti adlandıran təşkilatın döyüşçülərinə qarşı bir çox uğurlu əməliyyatlar kerçirib. Bu əməliyyatlar nəticəsində Türkiyə Suriyanın şimal ərazilərini nəzarət altına götürüb. ABŞ-ın ExxonMobil, İtaliyanın ENI və Fransanın Total şirkətləri Erdoğanın bundan əvvəlki xəbərdarlıqlarına rəğmən Kipr sahillərində neft qazıntısı işlərinin aparılacağını deyiblər.

Ərdoğan daha sobnra deyib: “Şərqi Aralıq və ya Egey dənizində Türkiyənin istəyinə zidd olaraq addım ata biləcəklərini düşünənlər bununla necə böyük bir səhv etdiklərini anlayıblar. Türkiyəni və Şimali Kipr Türk Respublikasını kənarda qoymaqla şərqi Aralıq dənizindəki təbii sərvətlərin qəsb olunması yolverilməzdir”.

Təhlilçilər deyirlər kİ, vəziyyət doğrudan da partlayış həddinə çatıb və bir yanlış addım tammiqyaslı qarşıdurma ilə nəticələnə bnilər. Ötən fevral ayında ENI şirkətinin qazma gəmisi Türkiyə hərbi gəmilərinin xəbərdarlığı ilə Kipr sahillərini tərk etməyə məcbur olub. (Azadlıq Radiosu)

VIPedu.BIZ

Həmçinin oxuyun

Ukraynada “qaz üsyanları”: yollar bağlandı – VİDEO

İstilik enerjisinin olmamasına görə bütün Ukraynanı mitinqlər bürüyüb. Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, 10 …