Çərşənbə axşamı , Dekabr 11 2018
Ana səhifə / Dünya / Ərdoğan: “Bu işi buraxmayacağam”

Ərdoğan: “Bu işi buraxmayacağam”

Türkiyə prezidenti jurnalistlərə açıqlama verib.

O açıqlamasında səudiyyəli jurnalistin İstanbulda itkin düşməsindən danışıb.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan dövlət başçısı olaraq, bu işi yaxından izlədiyini, nəticələri ilə bağlı məlumat verəcəyini deyib.

O, Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna girmiş və orada itkin düşmüş jurnalist Camal Qaşıqçı ilə bağlı AK Partinin Qızılcahamam düşərgəsindəki proqramından çıxışı zamanı media nümayəndələrinə açıqlaması zamanı danışıb.

Türkiyə prezidenti vəziyyətlə bağlı gözləntilərinin hələ də yaxşı olduğunu, arzuolunmaz durumla qarşılaşmayacaqlarına ümid etdiyini bildirib.

VIPedu.BIZ

Həmçinin oxuyun

200 min yəhudi Fransanı tərk edə bilər

İsrailin diaspor naziri Naftali Bennet 200 min yəhudinin Fransadan İsrailə köçməyə hazır olduğunu açıqlayıb. Qaynarinfo …