Dövlət kasıblara “cinsi ehtirası söndürmək üçün” pul ayıracaq – Qanun layihəsi hazırlanır

14:57 | 11.01.2017
710 dəfə oxundu

Yenilikləri və qeyri-standart qərarları ilə dünyanı təəccübləndirən Avropadan daha bir heyrətləndirən addım.
Almaniyada müxalifətdəki Yaşıllar Partiyası parlamentə növbədənkənar bir qanun layihəsi təqdim etməyə hazırlaşır.
“Hər bir insanın normal cinsi hayatı olmasının gərəkdiyini” vurğulayan “yaşıllar” yoxsulluq səbəbilə kiminləsə cinsi münasibətə girə bilməyən insanların dövlət yardımı ilə bu ehtiyaclarını ödəməsini tələb edir.
Bunun nəticəsində ölkədə cinsi istismarla bağlı cinayətlərin də azalacağını deyən Yaşılar Partiyasının sözçüsü Elizabet Şarfenberg “Yoxsul insanların maddi problemlər səbəbindən kişi və ya qadın partnyorları olmaya bilər. Bu adamlar cinsi istəklərini təmin etmək üçün hansısa bir məkana da getmək üçün maddi imkana da sahib deyillər. Dövlət bu insanlara yardımçı olmalıdır. Əngəlli insanlara da bu məsələ eynilə aiddir”.
Qeyd edək ki, Almaniya ərazisində cinsi münasibətlər üçün çox sayda pullu məkanlar açıq fəaliyyət göstərir.