25 Mart 2017, Şənbə

Dövlət Dəniz Administrasiyası işçilərin günün qara edib – İTTİHAM VAR

10:03 | 10.01.2017
473 dəfə oxundu

Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun formalaşdırdığı iş metodu artıq dənizçilərin səbrini daşırıb

Bu barədə bir qrup dənizçi bildirib.

Onların sözlərinə görə,Administrasiyada hökm sürən rüşvətxorluq, “sertifikat alveri” bütün kollektivi narazı salıb.

Yük gəmilərində, tankerlərdə ağır iş şəraitində çalışan bu insanlar hər dəfə dənizə çıxmamışdan əvvəl Dövlət Dəniz Administrasiyasına qazanclarının müəyyən bir hissəsini rüşvət olaraq vermək məcburiyyəti qarşısında qalırlar.

Mediada yayılan xəbərlərə görə, dənizə çıxmaq üçün hər bir matros, bosman və digər dənizçilər müxtəlif sertifikatlar təqdim etməlidirlər.

Xəzərdə və yaxud dünya sularında üzməsindən, həmçinin çalışdığı gəminin ölçülərindən asılı olaraq hər bir dənizçiyə 7-8 sertifikat verilir.

Bu sertifikatları verən qurum da məhz Dövlət Dəniz Administrasiyasıdır. Burada isə, həmin sertifikatları sadəcə olaraq satırlar.

Belə ki, sertifikatlara görə ödənilən dövlət rüsumundan başqa, hər bir dənizçi Administrasiyanın rəisi Qüdrət Qurbanov tərəfindən müəyyən edilmiş əməkdaşlara bir sertifikata görə 150 manat əlavə pul ödəməli olur.

Tələb olunan məbləğ verilmədikdə isə, təbii ki, dənizçi sertifikatları ala bilmir və bu səbədən də dənizə çıxa bilmir.

Q.Qurbanovun oğlu Orxan Qurbanov da medianın gündəminə gəlib.

Orxan Qurbanov MTN-də işlədiyi vaxt, atasının Eldar Mahmudovla dostluq münasibətləri ona heç işə getməyə də “imkan vermirdi”.

ARDDA-da törədilən müxtəlif maxinasiyalarla bağlı ən çox adları çəkilən məmurlar rəis müavini Ehtiram müəllim və maliyyə şöbəsinin müdiri Etibar müəllimdir.

Həmçinin təqdim edilən açıqlamalarda Dövlət Dəniz Administrasiyasında müxtəlif diplomların da “açıq satışa” çıxarıldı vurğulanır. Bildirilir ki, qurumun rəhbərliyi tərəfindən matros diplomu 3000 manata, bosman diplomu isə 5000 manata təklif olunur.\\regionxeberleri.com\\