Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial (səhifə 507)

Sosial

“Bu rayonda yol infrastrukturu çox bərbad vəziyyətdədir” – Prezident

Prezident İlham Əliyev fevralın 12-də Kürdəmir rayonuna səfəri çərçivəsində Pirili-Muradxan-Sor-Sor avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib. “Qafqazinfo” xəbər verir ki, görülən işlər barədə dövlət başçısına məlumat verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib: – Cənab Prezident, Sizin sərəncamlarınıza əsasən son dövrlərdə Kürdəmir rayonunda investisiya xərcləri hesabına …

Ətraflı oxu »

Bakıda 4 avtomobil toqquşdu – VİDEO

Bakıda zəncirvari qəza baş verib. Hadisə paytaxtın Nərimanov rayonu, Təbriz küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan avtomobil idarəetmədən çıxıb və yolun kənarında dayanan digər avtomobillin arxa hissəsinə dəyib. Nəticədə 4 avtomobilə ziyan dəyib.

Ətraflı oxu »

Azərbaycanda 18 min manat pensiya alan var

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəyli şəxsi “Facebook” hesabında pensiya sistemi ilə bağlı statistik məlumatlar paylaşıb. Nazirlik rəsmisi pensiyanın 3 halda təyin olunduğunu bildirib: 1. Şəxs pensiya yaşına çatdıqda -yaşa görə pensiya2. Şəxs əmək qabiliyyətini itirdikdə – əlilliyə görə pensiya3. Şəxs vəfat etdikdə – Ailə başçısını itirməyə …

Ətraflı oxu »

Rayondan oxumağa gələn 17 yaşlı qız evli kişidən uşaq dünyaya gətirdi – VİDEO

Azərbaycanda rayondan oxumağa gələn qız evli kişi ilə eşq yaşayıb, övlad dünyaya gətirib.  “Xəzər” TV-də Xoşqədəm Baxşəliyevanın təqdimatında yayımlanan “Səni axtarıram” verilişinə qatılan 17 yaşlı qız evli kişi ilə sevgili olduğunu deyib.   17 yaşlı qız Elşən adlı kişidən övlad dünyaya gətirib. Ata isə bir müddət sonra yoxa çıxıb.   Verilişə …

Ətraflı oxu »

Bakı yollarında vəziyyət necədir? – Fotolar

Gecə saatlarından paytaxta yağan qar yollarda nəqliyyat vasitələrinin hərəkəti üçün hər hansı bir çətinlik yaratmayıb. Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzindən “Qafqazinfo”ya verilən məlumata görə, yollarda buz bağlama halı müşahidə olunmayıb. Körpülərin üzərində və tunellərdə normal hərəkət müşahidə olunur. Qar yağması ilə əlaqədar yalnız gecə saatlarında Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ-Hava …

Ətraflı oxu »

“Azəriqaz” vətəndaşlara xəbərdarlıq etdi:”Dələduzlar peyda olub”

“Azəriqaz” İstehsalat Birliyi vətəndaşlara xəbərdarlıq edib. Birlikdən bildirilib ki, Bakının Qaradağ rayonu ərazisində dələduzlar peyda olub. Belə ki, bir neçə şəxs rayon ərazisində mənzillərin qapısını döyərək özlərini “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları kimi təqdim edir və smart-kart tipli sayğacların kartlarının dəyişdirilməsi xidmətini təklif edirlər. Onlar Nizami və Nərimanov rayonlarında hələlik bəlli olan …

Ətraflı oxu »

Xətaidə binanın dam örtüyü uçdu

Bakının Xətai rayonunda külək binanın damını uçurub. Hadisə “Nargilə” kafesinin yaxınlığında baş verib. Nəticədə avtomobil uçan dam örtüyünün altında qalıb. Hazırda binanın qarşısına düşən dam örtüyünün ərazidən yığışdırılmasına başlanılıb. (report)

Ətraflı oxu »

Xəzərdə dalğanın hündürlüyü 6,5 metrə çatdı

Azərbaycanda müşahidə olunan faktiki hava durumu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, fevralın 9-u saat 19:00-a olan məlumatına əsasən, ölkə ərazisində qarlı, güclü küləkli hava şəraiti davam edir.Zabrat, Maştağa, Binədə az qar yağır.Qar örtüyünün hündürlüyü Aran rayonlarında 2-17 sm, dağətəyi rayonlarda 5-29 sm, dağlıq ərazilərdə 15-43 …

Ətraflı oxu »

Bakıda BMW yanıb kül oldu (VİDEO)

Bakıda minik avtomobili yanıb. Yanğın Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində qeydə alınıb. Hadisə zamanı BMW markalı avtomobil tamamilə yanaraq kül olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub.

Ətraflı oxu »

Sabah da qar yağacaq, şaxta olacaq – PROQNOZ

Fevralın 10-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fasilələrlə qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-4° şaxta, gündüz 1-3° isti olacaq. Bakıda gecə 2-4° şaxta, gündüz 1-3° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 …

Ətraflı oxu »