Cümə axşamı , Oktyabr 18 2018
Ana səhifə / Sosial (səhifə 5)

Sosial

Bakıda 2.5 hektarlıq şam “meşəliyini” 4 yerə bölüb hasarladılar, fürsət gözləyirlər – FOTOLAR

Bu günlərdə prezident İlham Əliyev Nazirlər Kabinetinin ilin 9 ayının yekunlarına həsr edilmiş müşavirəsində bir daha Bakıda yaşıllıqların məhv edilməsi hesabına tikintilərin, qanunsuz tikintilərin aparılması məsələsinə toxundu. Prezident bildirdi ki, icra hakimiyyətləri ilə bələdiyyələrin, digər məmurların qarşılıqlı əlbir fəaliyyətinin nəticəsi olaraq yaşıllıqlar məhv edilirdi, şəhərsalma qaydalarını kobud pozmaqla tikintilər aparılırdı. …

Ətraflı oxu »

Prezident məktəb binasının tikintisinə 1 milyon manat ayırdı

Prezident İlham Əliyev Ağcabədi rayonunun Salmanbəyli kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. “Qafqazinfo”nun məlumatına görə, sərəncama əsasən, Ağcabədi rayonunun Salmanbəyli kəndində 432 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan …

Ətraflı oxu »

“Bakcell” enerji və İKT üzrə Alman-Azərbaycan biznes forumunun keçirilməsinə dəstək göstərib

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” oktyabrın 9-da Bakıda keçirilmiş Azərbaycanda enerji və İKT üzrə Alman-Azərbaycan biznes forumunun sponsoru olub. Forum Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) tərəfindən Almaniyanın Şərq Komitəsi və Şərqi Avropa İqtisadi Birliyi (Ost-Ausschuss – Osteuropaverein der Deutschen Wirtschaft e.V.) ilə əməkdaşlıq …

Ətraflı oxu »

Badamdarda 8 ailəyə evlərini tərk etməklə bağlı xəbərdarlıq olunub

Səbail rayon İcra Hakimiyyətindən verilən məlumata görə, oktyabrın 12-də gecə saatlarında Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şossesində (Badamdar-20-ci sahəni birləşdirən yol) kəskin maili dağ yamacında, əvvələr tikilən istinad divarının yaxınlığında torpaq qatının çökməsi qeydə alınıb. Məsələ ilə əlaqədar hazırda Fövqəladə Hallar Komissiyası, Səbail Rayon İcra Hakimiyyəti və Respublika Seysmoloji Xidmət …

Ətraflı oxu »

Sürüşmə baş verən ərazidən – Fotolar

Xəbər verdiyimiz kimi, Səbail rayonu, Badamdar şossesində dağ yamacında torpaq qatı çöküb. “Qafqazinfo”nun əməkdaşları hadisə baş verən ərazidə olublar. Hazırda sürüşmə zonasında müvafiq qurumların mütəxəssisləri tərəfindən araşdırmalar aparılır. Qeyd edilir ki, Badamdar şossesi ətrafında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Sürüşmə zonasından fotoları təqdim edirik:  

Ətraflı oxu »

İcra başçısının müavini: Təhlükə olsa, sürüşmə zonasındakı evlər köçürüləcək – VİDEO

Bayıl yamacındakı sürüşmə zonasına mütəxəssislər cəlb olunub. Bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Abit Əliyev REAL-a müsahibəsind deyib. Onun sözlərinə görə, sürüşmə ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülür. İcra başçısının müavini bildirib ki, sürüşmə zonasındakı evlərə baxış keçirilir. Təhlükə müəyyən olunsa, həmin evlər köçürüləcək. Bakının Badamdar qəsəbəsində, Bayıl yamacında oktyabr ayından …

Ətraflı oxu »

Bayıl yamacında yeni sürüşmə – VİDEO, YENİLƏNİR

Bakının Badamdar qəsəbəsində, Bayıl yamacında oktyabr ayından başlayan sürüşmə yenidən aktivləşib. REAL-ın hadisə yerindəki əməkdaşı xəbər verir ki, bir neçə ərazidə istinad divarlarında təxminən 1 metrlik çatlar əmələ gəlib. Hazırda dövlət orqanlarının nümayəndələri əraziyə baxış keçirir. Yaşayış evlərinə su, işıq və qaz verilişinin dayandırılması barədə tapşırıq verilib. Az sonra rəsmi …

Ətraflı oxu »

“Bakı-Gəncə qatarında vay-fay olacaq”

“Bakıdan Gəncəyə qədər ilin sonuna kimi sürətli qatarın açılışını təmin etmək üçün çalışacağıq”. “Qafqazinfo”xəbər verir ki, bunu Azərbaycan Dəmir Yolları QSC – nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib.  O bildirib ki, artıq qatarlar Bakıdadır: “Qatarlar ikimərtəbəlidir. Həmin qatarlarda xüsusi vip və biznes klass otaqlar var. Sərnişinlərə xüsusi xidmət göstərilməsi …

Ətraflı oxu »

Bakıda bu binalar təmir ediləcək

Bakı Şəhər İcra Hakimiyyəti şəhərdəki dövlət mənzil fonduna aid olan binaların təmirinə başlayacaq. “Qafqazinfo” xəbər verir ki, bununla bağlı rəsmi dövlət qəzetlərində tender elanı dərc olunub. Elanda binaların fasadının və ya daxilinin təmir olunacağı göstərilməyib. Amma buna baxmayaraq, tenderdə iştirak etmək istəyən şirkətlər üçün sərt tələblər qoyulub. Tender elanını oxuculara …

Ətraflı oxu »

“Azərbaycanda körpə-ana ölümü azalır” – İlham Əliyev

“Son 15 il ərzində Azərbaycanda 600-dən çox yeni tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib” Bunu Quba Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev səhiyyə ocağının kollektivi ilə görüşündə deyib. “Bu, bizim insanların sağlamlığına verdiyimiz böyük töhfəmizdir. İnsanların sağlamlığı ən vacib məsələdir. Bu gün statistikaya, …

Ətraflı oxu »