Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Sosial (səhifə 470)

Sosial

Bakı və Sumqayıtda gizli fəaliyyət göstərən restoranlar aşkarlandı — VİDEO

Sumqayıtda restoranlardan biri karantin qaydalarını pozaraq fəaliyyət göstərib. Gecə saat 9 radələrində restoranda müştərilər olub. Onlar kameranı görən kimi avtomobillərə oturub uzaqlaşıblar. Söhbət Sumqayıtda, Nəsimi adına mədəniyyət və istirahət parkı ərazisində fəaliyyət göstərən restoranlardan birindən gedir. Restoran sahibi qanunlara məhəl qoymayaraq saat 18-dən sonra da işini davam etdirib. Gələn müştərilərə …

Ətraflı oxu »

Sərhədlər iyunun 15-dən sonra açılacaq

“Uçuşlar ilkin olaraq Naxçıvanla bərpa ediləcək”. Bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Operativ Qərargahın keçirdiyi mətbuat konfranslnda deyib. Onun sözlərinə görə, sərhədlərin açılması iyunun 15-dən sonraya nəzərdə tutulub. İ. Məmmədov əlavə edib ki, bu axşam saat 8-də İstanbuldan Bakıya 174 nəfər azərbaycanlı gətiriləcək.

Ətraflı oxu »

Azərbaycanda tanınmış şəxs koronavirusa yoluxdu — FOTO

Azərbaycanda daha bir jurnalist koronavirusa yoluxub. İdman jurnalisti Anar Cəfərsoy koronavirusa yoluxub. O şəxsi feysbuk hesabında yazıb ki, iki həftədir güclü öskürək və yüksək temperaturdan əziyyət çəkir: “İlk testin cavabı neqativ, ikincisi isə pozitiv oldu. Hazırda müalicə olunuram. Allaha güvənirəm, qorxulu nəsə yoxdur. Canınızın qədrini bilin, özünüzü qoruyun, koronavirusla zarafat …

Ətraflı oxu »

Daha bir nazirlikdə kadr islahatı – Şöbə rəisi və üç vəzifəli şəxs işdən çıxarıldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kadr dəyişikliyi olub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev əmr imzalayıb. Əmrə əsasən, ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Qusar rayon şöbəsinin rəisi Arif Tahirov və şöbənin üç əməkdaşı işdən çıxarılıb. Onlar işlərində yol verdikləri nöqsanlara görə işdən azad olunublar./Oxu.az/

Ətraflı oxu »

Bakıda bu binalar söküləcək – SƏRƏNCAM

Bakıda 300-dən çox sakinin məskunlaşdığı 8 yaşayış binası söküləcək. Paytaxtın Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən istismar müddəti başa çatmış, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tikililərin sökülməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov sərəncam imzalayıb. Söküntü işləri aparılmamışdan öncə binalarda yaşayan sakinlərlə …

Ətraflı oxu »

Temperatur 8-10 dərəcə aşağı enəcək, güclü külək əsəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi havanın dəyişəcəyi barədə xəbərdarlıq edib. Nazirlikdən daxil olan məlumata görə, mayın 23-ü gündüzdən 24-ü axşamadək Bakıda və Abşeron yarımadasında havanın qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin 19-24 m/s, arabir 28-33 m/s-dək güclənəcəyi, 23-ü axşam və 24-nə keçən gecə yarımadanın bəzi yerlərində arabir 35-38 m/s-dək şiddətlənəcəyi gözlənilir. Havanın …

Ətraflı oxu »

Vəzifəli vergi işçiləri məzuniyyətə çıxarkən müavinət alacaqlar

Prezident İlham Əliyev “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi ilə bağlı qanunu imzalayıb. Sənədə əsasən, vergi orqanlarının vəzifəli şəxsləri əsas məzuniyyətə çıxarkən onlara ildə bir dəfə bir aylıq vəzifə maaşı həcmində müavinət ödəniləcək. Vergi orqanlarının vəzifəli şəxslərinə xidmətin ikinci ilindən başlayaraq, vergi orqanlarında xidmət illərinə görə hər ay …

Ətraflı oxu »

Bu şəxslərə yaxın günlərdə mənzil veriləcək – RƏSMİ

Prezident İlham Əliyevin tapşırığına əsasən, şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə bu il azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub.  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olan məlumata görə, yaxın günlərdə nazirlik tərəfindən həmin kateqoriyalardan olan vətəndaşların 2020-ci il …

Ətraflı oxu »

Azərbaycanda görülməmiş hadisə: “Qaçqınkom” qanunsuz qəsəbə inşa edib — FOTOFAKT

Prezident İlham Əliyev may ayının 13-də Kəlbəcər rayon İcra Hakimiyyətinin yeni İcra başçısı Azər Qocayevi virtual şəkildə qəbul edərkən, dövlət hesabına tikilən tikintilərdə pozuntuların, mənimsəmələrin olduğunu bildirib. Dövlət hesabına tikilən tikintilərdə qeydə alınan böyük pozuntulardan birinə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu imza atıb. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu 29 oktyabr …

Ətraflı oxu »

DYP sürücülük vəsiqələri ilə bağlı qərarı DƏYİŞDİ

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ölkədə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar əhalinin yalnız müstəsna hallarda yaşayış yerini tərk etmələrinə icazə verilməsi nəzərə alınaraq sürücülük vəsiqəsinin etibarlılıq müddətinin bitməsi karantin rejimi dövrünə təsadüf etmiş şəxslərin nəqliyyat vasitələrini idarə edərkən yol verdikləri qayda pozuntularının xüsusi texniki vasitələrin köməyi ilə aşkar …

Ətraflı oxu »