Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial (səhifə 368)

Sosial

Paytaxt küçələrində işıqforlar işləmir -VİDEO

Paytaxtın bəzi küçələrində işıqforlar işləmir.  Oxu.az-ın məlumatına görə, söhbət nəqliyyat vasitələrinin intensiv hərəkətdə olduğu Babək prospektindən gedir.  Belə ki, bir işıqforda eyni anda hər üç işığı yanır, digərində iki işıq yanır, daha birində isə heç biri yanmır, bu da nəqliyyatın hərəkətində çətinlik yaradır. 

Ətraflı oxu »

Karantin rejimi ilə bağlı qərar verilə bilər

“Hazırda ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb, amma yoluxma sayı 1300 nəfəri keçib. İctimai nəqliyyat fəaliyyətini bərpa etsə, yoluxmaların sayı kəskin artacaq”. Bunu Pravda.az-a Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının əməkdaşı, infeksionist Vüqar Cavadzadə deyib. Həkim infeksionist bildirib ki, mövcud epidemik vəziyyət mart ayı üçün proqnozlaşdırılan idi: “Bayramla əlaqədar təmasın, insanların bir bir-birlərinə gediş-gəlişinin artması …

Ətraflı oxu »

“Azəriqaz” vətəndaşlara müraciət edib – “Qaz çəkilişi üçün ödəniş tələb etmirik”

Dövlət Proqramı çərçivəsində dövlət sifarişi ilə mərhələli şəkildə ilk növbədə təbii qazdan istifadə etməyən yaşayış məntəqələri və yeni yaşayış massivləri qazlaşdırılır. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilir ki, bununla yanaşı, fərdi qaydada vətəndaşların öz sifarişləri ilə də qazlaşdırma işləri aparılır. Küçə xətti mövcud olduqda …

Ətraflı oxu »

Azərbaycan əhalisi pullarını hansı məhsullara xərcləyib?

Azərbaycan əhalisinin iki ay ərzində pullarını əsasən hansı məhsullara xərclədiyi məlum olub.  Trend-in məlumatına görə, 2021-ci ilin yanvar-fevral aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 46,9 faizi ərzaq məhsullarının, 6,3 faizi içkilər və tütün məmulatlarının, 16,5 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4 faizi avtomobil benzini və dizel …

Ətraflı oxu »

“Vaksin vurdurmaq o demək deyil ki, siz yoluxmayacaqsınız”

“Vaksinləşdirmədən sonra şəxs virusa yoluxsa belə, xəstəliyi yüngül şəkildə keçirə bilər”. Bunu Trend-ə Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev deyib. Onun sözlərinə görə, vaksin olunduqdan sonra da tibbi maskadan istifadə etmək vacibdir: “Kimsə düşünməsin ki, COVİD-19 virusuna qarşı peyvənd olundumsa, artıq mənə heç nə …

Ətraflı oxu »

Bu xidmətlər aprelin 1-dən pulsuz olacaq

Apreldən Azərbaycanın 59 rayonunda icbari tibbi xidmət tətbiq edilir. Aprelin 1-dən isə qalan bölgələrdə, o cümlədən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində icbari tibbi xidmətin tətbiqinə başlanılacaq. Bu günə qədər tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), qan dövranı sistemi, endokrin sistemin xəstəlikləri, maddələr …

Ətraflı oxu »

Azərbaycanda vaksinasiya olunanların sayı açıqlandı

Azərbaycan Respublikasında 20 mart tarixində yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 12,283 nəfər vaksinasiya olunub.  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 482,664 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya Respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.

Ətraflı oxu »

Bu il ölkəmizdə 100 mindən çox ağac əkilib

BMT Baş Assambleyası tərəfindən meşələrin qorunması və artırılmasının vacibliyinə diqqət çəkmək üçün hər il mart ayının 21-i Beynəlxalq meşələr günü kimi qeyd olunur. Bu günün keçirilməsində məqsəd meşə massivlərinin vacibliyini, mühafizəsini, artırılmasının önəmini vurğulamaq, ağac əkinini təşviq etməkdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 2021-ci ildə Beynəlxalq …

Ətraflı oxu »

Kafe-restoranlarla bağlı rəsmi açıqlama

Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar 2020-ci ilin mart ayından başlayaraq turizm sektorunun əsas elementlərindən biri olan iaşə müəssiələrinin fəaliyyətində yaranmış tənəzzül hələ də davam etməkdədir. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin yanvar-fevral aylarında ictimai iaşə dövriyyəsi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfə azalaraq 78,1 milyon manat …

Ətraflı oxu »