Ana səhifə / Siyasət (səhifə 916)

Siyasət

Ermənistanda zavodda partlayış

Yerevanda “Nairit” kimya zavodunda baş vermiş yanğının ilkin səbəbi açıqlanıb. Erməni KİV-in verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidmətinin direktor müavini Muşeq Kazaryan bildirib ki, yanğın zavodda etinol boyasının alışması nəticəsində baş verib. Onun sözlərinə görə, hazırda yanğın artıq lokallaşdırılıb, soyutma işləri aparılır. M. Kazaryan bildirib ki, yanğın zamanı …

Ətraflı oxu »

Zəhranın ailəsi ilə bağlı daha bir – Açıqlama

Füzuli rayon İcra Hakimiyyəti iyulun 4-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndinə atılan top mərmisinin partlaması nəticəsində öz həyətlərində şəhid olan azyaşlı Quliyeva Zəhra Elnur qızının ailəsinə dövlət tərəfindən ev verilməsinə rayon İcra Hakimiyyəti tərəfindən maneçilik törədilməsi, onlardan mənzildən imtina etmələri üçün izahatlar alınması, ailəyə təzyiq göstərilməsi barədə …

Ətraflı oxu »

Nazirlikdən Ququşun açıqlamasına – Sərt reaksiya

Mədəniyyət və Turizm Nazirliyi müğənni Ququşun (Faiqə Atəşin) Azərbaycanda konsertinin təşkil olunmasına icazə verilməməsi ilə bağlı məlumatlara aydınlıq gətirib. “Qafqazinfo”ya daxil olan məlumatda qeyd olunur ki, Mədəniyyət və Turizm Nazirliyi, mərkəzi icra hakimiyyəti orqanı olaraq ölkəmizdə kommersiya məqsədilə keçirilən konsert proqramlarının təşkilatçısı qismində çıxış etmir: “Bu cür kommersiya məqsədli, yerli …

Ətraflı oxu »

Küçələrdə artan dini təbliğat halları qanunidirmi? – RƏSMİ CAVAB

Son günlər Bakıda “Yehova şahidləri” dini icmasının üzvlərinin küçələrdə insanlara yaxınlaşaraq dini təbliğat aparması halları artıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov məsələyə münasibət bildirərkən Trend-ə deyib ki, “Dini etiqad azadlığı haqqında” qanunun 22-ci maddəsinə əsasən, dini qurumlar, dini qurum olmayan digər hüquqi şəxslər və fiziki …

Ətraflı oxu »

Qurban bayramı ilə əlaqədar baytarlıq nəzarəti gücləndirilib – ƏMR

Bu il sentyabrın 1-2-də qeyd olunacaq Qurban bayramı ilə əlaqədar dövlət baytarlıq nəzarətinin gücləndirilməsi haqqında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən (DBNX) əmr verilib. DBNX-nin mətbuat xidmətindən musavat.com verilən məlumata görə, əmr respublikanın rayon və şəhərlərində qurbanlıq heyvanların baytarlıq-sanitariya tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış …

Ətraflı oxu »

“Qardaş, maşınımı vurmusan gəl düzəlt də” – Şeyx Əbdül Hacıbala Abutalıbovu ittiham etdi

İndi də uçuq-sökük evdə, toz-tozanaqda oturub işləyirəm”- Şeyx Əbdülün ev problemi Bir neçə il bundan öncə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən salınan “Qış Parkı”nın tikintisi zamanı rejissor, əməkdar incəsənət xadimi Əbdül Mahmudovun (Şeyx Əbdül) evinə ciddi ziyan dəyib. Məhkəmənin qərarına əsasən, BŞİH zərər vurulan evi təmir etdirməli, ya da …

Ətraflı oxu »

Tanınmış şair Böyüş Yaquboğlununa YB-dən 70 illik yubileyi təbriki

Azərbaycan Yazıçılar Birliyi tanınmış şair Böyüş Yaquboğlunu 70 illik yubileyi münasibəti ilə təbrik edib. Təbrikdə deyilir: “Hörmətli Böyüş müəllim! Sizi – istedadlı şairimizi 70 yaşınızın tamam olması münasibətilə təbrik edirik. Siz 1969-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirmisiniz. İlk mətbu şeiriniz – “ümid” 1967-ci ildə “Gənc müəllim” qəzetində …

Ətraflı oxu »

Hakimlər Çovdarovu təbrik etdi – “İmkan verirlər ki?..”

Bu gün ləğv olunmuş MTN-nin generalı Akif Çovdarovun 65 yaşı tamam olub. “Qafqazinfo”nun verdiyi xəbərə görə, general yubileyini məhkəmə zalında qeyd edib. Bu gün Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə dəstənin məhkəməsi keçirilib. Vəkillərin müdafiə çıxışı etdiyi iclas başlayarkən hakimlər kollegiyası Akif Çovdarovu yubileyi münasibəti ilə təbrik ediblər. …

Ətraflı oxu »

Erməni tarixçidən azərbaycanlılarla bağlı çağırış – “Geri qaytarmalıyıq”

Ukraynanın Xarkov şəhərində yaşayan erməni əsilli ictimai xadim, tarixçi, ədəbiyyatçı və bloger Filipp Ekozyanç əvvəlcə YouTube-da, daha sonra sosial şəbəkə hesablarında “Ermənilərin köçürülməsi” adlı maraqlı video paylaşıb. “Qafqazinfo” minval.az-a istinadən xəbər verir ki, həmin videoda bloger etiraf edir ki, hal-hazırda erməni xalqının soyqırımı gedir. Müəllif qeyd edir ki, soyqırım ondan …

Ətraflı oxu »

Mehman Əliyev apellyasiya şikayəti verib

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev barəsində seçilmiş həbs qətimkan qərarından apellyasiya şikayəti verilib. Bunu vəkil Fuad Ağayev deyib. O bildirib ki, şikayət Yasamal Rayon Məhkəməsinin qərarından verilib. İşə yaxın günlərdə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Qeyd edək ki, Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən verilən məlumatda bildirilir ki, aparılan istintaq zamanı “Turan …

Ətraflı oxu »