Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət (səhifə 760)

Siyasət

Mahmud Məmmədquliyev İrəvana gedir

Azərbaycan və Türkiyə Xarici İşlər Nazirliklərinin nümayəndələri Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün sabah İrəvana səfər edəcəklər. Bu barədə Aysor.am saytı məlumat yayıb. Bildirilib ki, Azərbaycandan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, Türkiyədən isə XİN-in çoxtərəfli iqtisadi əlaqələr üzrə məsul şəxsi …

Ətraflı oxu »

İlham Əliyev: “Naxçıvan əməliyyatı yüksək məharətlə həyata keçirildi”

“Ötən ay Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən həyata keçirilmiş əməliyyat nəticəsində 90-cı illərin əvvəllərində zəbt edilmiş  11 min hektar ərazi düşməndən azad edildi. Azərbaycan tərəfindən böyük mühəndislik, kəşfiyyat işləri aparıldı. Naxçıvan əməliyyatı yüksək məharətlə həyata keçirildi”. Bunu bu gün Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə Bakının “Azadlıq” meydanında keçirilən …

Ətraflı oxu »

İlham Əliyev: “Müharibənin yalnız birinci mərhələsi başa çatıb”

“Müharibə başa çatmayıb, müharibənin yalnız birinci mərhələsi başa çatıb”. Bunu bu gün Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə Bakının “Azadlıq” meydanında keçirilən hərbi paradda Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bildirib. Dövlət başçısı deyib ki, 1993-cü ildə AXC-Müsavat hakimiyyətində problemdən istifadə edərək Ermənistan torpaqlarımızı işğal edib: “Beynəlxalq hüquqa …

Ətraflı oxu »

Gürcüstanın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatır

Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidzenin fəaliyyət müddəti başa çatır. APA-nın məlumatına görə, bu barədə səfir Gürcüstan Respublikasının 100 illiyi ilə bağlı bu gün keçirilən qəbulda deyib. O, Azərbaycanda 8 ildir səfir kimi fəaliyyət göstərdiyini qeyd edib. Səfir Azərbaycanı ayın sonlarında tərk edəcək. Hələlik Azərbaycana yeni səfir təyin olunmayıb.

Ətraflı oxu »

“Siyasi partiyalar haqqında” qanuna dəyişiklik təsdiqləndi

Prezident İlham Əliyev “Siyasi partiyalar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb. Sənədə əsasən, qanuna 16.4-1-ci maddə əlavə edilib. Yeni maddədə deyilir: “Hərbi və ya fövqəladə vəziyyətin elan edilməsinə səbəb olmuş halların aradan qaldırılmasına və müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə mane olan siyasi partiyanın fəaliyyəti hərbi və ya fövqəladə vəziyyət …

Ətraflı oxu »

Türkiyədə hansı məşhurlar millət vəkili oldu? – Prezident həkimi, futbolçu, sabiq nazir oğlu, sənətçi … – FOTOLAR

Türkiyədə daha bir seçki tarixi çevrildi, iyunun 24-də keçirilən növbədənkənar prezident və  parlament seçkiləri həm gözlənilən, həm də gözlənilməz nəticələri ilə yadda qaldı. Türkiyə Böyük Millət Məclisinə (TBMM) seçilən 600 millət vəkili arasında yeni, eyni zamanda, cəmiyyət tərəfindən maraqla izlənilən simalar – sənətçilər, idmançılar, sabiq məmur övladları və digər tanınmışlar …

Ətraflı oxu »

Azərbaycanlı xanım BP-nin vitse-prezidenti təyin edildi

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə transformasiya və müasirləşdirilmə proqramının rəhbəri Nərminə Nəbiyeva şirkətin vitse-prezidenti təyin edilib. Virtualaz.org bildirir ki, bununla bağlı şirkət məlumat yayıb. Bu vəzifədə N. Nəbiyeva BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə rəhbər qrupunun, həmçinin BP-nin apstrim seqmentinin insan resursları üzrə regional rəhbər qrupunun üzvü olacaq. Peşəkar …

Ətraflı oxu »

İnam Kərimovdan daha bir təyinat – Professorun oğluna yüksək vəzifə verildi

Vüqar Babayev Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin rəhbəri təyin olunub. 1972-ci ildə Gəncədə anadan olmuş V.Babayev professor Amin Babayevin oğludur. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını (indiki Aqrar Universitet) bitirib, ixtisasca torpaqşünasdır. Bu vəzifəyə qədər AMEA-nın Yüksək Texnologiyalar Parkının müdiri vəzifəsində çalışırdı/Fed.az

Ətraflı oxu »

Aydın Quliyev: “İlham Əliyevin ilk dövlət başçısı olaraq Ərdoğanı təbrik etməsi dərin regional və qlobal mesajları olan faktdır”

Qardaş ölkə Türkiyə iyunun 24-də özünün dövlətçilik və demokratiya tarixinin ən kritik, ən mübahisəli və ən həyəcanlı seçki prosesini uğurla həyata keçirə bildi. Bu barədə Trend-ə açıqlamasında “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib. Baş redaktor bildirib ki, eyni vaxtda dövlətin idarəçilik formasını dəyişmək, xalqın səlahiyyət verdiyi prezident institutu …

Ətraflı oxu »

Yavər Camalovu indi kim əvəz edir? – Səlahiyyətləri o icra edəcək

Xəbər verdiyimiz kimi, Müdafiə sənayesi naziri Yavər Camalov dünən vəfat edib. 69 yaşlı Y. Camalov uzun müddət ağır xəstəlikdən əziyyət çəkib və günorta saatlarında Bakıda evində səhhəti qəfil pisləşib və dünyasını dəyişib. Azinforum.az-ın Unikal.org-a istinadən verdiyi məlumata görə, Y. Camalovu nazirin müavini Yəhya Musayev əvəz edir. Qeyd edək ki, Y. Musayev …

Ətraflı oxu »