Cümə , Aprel 19 2024
Ana səhifə / Media (səhifə 444)

Media

Evlərin qeydiyyata alınması məsələsi yenidən gündəmdə –Layihə parlamentdə müzakirəyə çıxarılır

Azərbaycanda hündürlüyü 12 metrə qədər olan, 2013-cü ilin yanvarın 1-dək tikilən evlərin qeydiyyata alınması üçün yeni prosedur tətbiq olunur. Milli Məclisdən verilən məlumata görə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 8.0.9-cu maddəsinə yeni bəndlər əlavə edilir. Azərbaycan prezidentinin təqdim etdiyi layihəyə əsasən, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək …

Ətraflı oxu »

Məcburi köçkünlər Bakı-Sumqayıt yolunu bağlamağa cəhd ediblər

Biləcəridə məskunlaşan məcburi köçkünlər Bakı-Sumqayıt yolunu bağlamağa cəhd ediblər. Etirazçılar bildirib ki, yaxınlıqda aparılan metro tikintisi onların yaşadığı evləri yararsız hala salıb. Bir neçə ev isə tamamilə çöküb. Onların köçürülmələri üçün isə lazımı kompensasiya ödənilmir. Hazırda Binəqədi icra hakiminin müavininin əraziyə gəldiyi bildirilir. (“Azadlıq”) ◀▶

Ətraflı oxu »

İcra hakimiyyətinin qarşısındakı fəhlələr: “Hamballıq eləmişik, pulunu verin”

“Hələ də buradayıq – icra hakimiyyətinin qarşısında… Dağılışmamışıq… Heyf ki, bu boyda ölkədə gün ərzində gəlib bizim vəziyyətimizi çəkən, səsimizi çatdıran bir telekanal tapılmadı. Nə qədər ki özümüz deyib, özümüz eşidəcəyik, görünür, belə də davam edəcək”. “Təkcə mənə 5 min manat borcları var…” Oktyabrın 6-da səhər saatlarından Sumqayıt şəhər İcra …

Ətraflı oxu »

Bakının yeni “Sevirəm” parkı – VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Bakının Xətai rayonunda yeni yaradılan “Sevirəm” park kompleksinin açılışı olub. Trend xatırladır ki, yeni park kompleksinin ümumi ərazisi 3,2 hektardır. Ərazidə aparılan geoloji işlərin nəticəsində neft tullantıları və mərmər tozu aşkar edilib. Ərazinin torpağı mərmər tozundan və neft tullantılarından təmizlənəndən sonra 2016-cı ilin iyunundan parkın …

Ətraflı oxu »

Oğuzda kəndə hücum edən ayını “tok” vurub öldürdü – VİDEO

Oğuzda kəndə hücum edən ayı özü qurban olub. Növbəti belə hadisə rayonun Xaçmaz kəndində yaşanıb. Belə ki, axşam saatlarında Əlibala Nəbiyev öz bağına gedərkən yaxınlıqdakı transformatorda ayının ilişib qaldığını görüb. Yaxınlaşdığı zaman ayının elektrik cərəyanı vurması nəticəsində öldüyünün şahidi olub. Kənd sakinləri ayını yaxınlıqdakı meşə ərazisinə atıblar. Ayının çəkisinin 30-35 …

Ətraflı oxu »

Biləsuvar gömrüyündə nələr baş verir? – ŞİKAYƏT VAR

Son illər ölkənin gömrük sistemilə bağlı ciddi islahatlara imza atılsa da, Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsində yaşanan neqativ olaylar bu sahədə əldə olunan uğurlara kölgə salır. Belə ki, Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsində özbaşınalığın ən yüksək həddə çatdığını iddia edən məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, baş inspektor İlham …

Ətraflı oxu »

82 qəpiklik yolu 20 qəpiyə aparırlar… – Metroda gedişhaqqı

İlk yarımildə Bakı Metropolitenində sərnişin daşınmasına əvvəlki ildəkindən 40 milyon manat çox xərc çəkilib. Metropoliten rəhbərliyi xərclərin niyə 1,7 dəfə artmasının səbəblərini açıqlamır. “ Azinforum.az ” xəbər verir ki, AzadlıqRadiosu-nun Dövlət Statistika Komitəsindən (DSK-dan) aldığı məlumata görə, yanvar-iyun aylarında «Bakı Metropoliteni» QSC-nin sərnişin daşınmasından əldə etdiyi gəlir 28 milyon 920,6 min …

Ətraflı oxu »

Ağac kəsiminə etiraz olaraq özünü yandırmaq istəyən Qarabağ əlili cərimələndi, cinayət işi qaldırıldı

Oktyabrın 5-də intihara cəhd göstərdiyinə görə, Qarabağ əlili Rövşən Qafarova 200 manat cərimə kəsilib.Bu barədə AzadlıqRadiosu-na onun özü məlumat verib. Bakının Günəşli qəsəbəsində yaşayan Rövşən Qafarov və qonşuları bu ərazidəki parkda ağacların kəsilməsinə və yerində bina tikilməsinə etiraz ediblər. Ancaq əraziyə polisin gətirildiyini görən Qarabağ əlili, dediyinə görə, özünü yandırmağı çıxış …

Ətraflı oxu »

İcra başçısı “Space TV”-nin jurnalistini işdən çıxartdırdı

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev “Space” Müstəqil Teleradio Şirkətinin (Space TV) “Hər gün” İnformasiya Proqramının Qarabağ Bürosunun rəhbəri, jurnalist Gündüz Məmmədovu işdən çıxartdırıb. Bu barədə “Ölkə.az”-a jurnalist G.Məmmədov özü məlumat verib. Jurnalist deyib ki, sentyabrın 22-də səhər saatlarında “Space TV”-nin Xəbərlər Departamentinin bölgələr üzrə koordinatoru Elvin Əliyevdən hər …

Ətraflı oxu »

İcra başçısını “Turan Abadlıq” MMC ilə hansı maraqlar birləşdirir?

Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədovanın fəaliyyəti son vaxtlar medianın aparıcı mövzusuna çevrilməkdədir. Bu vəzifəyə təyinatı uzun müddətli olmasa da, (02.09.2015) xanım icra başçısı həmkarları ilə müqayisədə haqqında daha çox tənqidi fikir səslənənlərdəndir. Google-yə bir həmlə axtarış kifayətdir ki, İradə Gülməmmədova ilə bağlı saysız yazılarla rastlaşasan. Bu yazılarda İradə …

Ətraflı oxu »