Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Manşet (səhifə 20)

Manşet

Arayik Arutyunyan cinayət məsuliyyətinə cəlb edildi – VİDEO

Azərbaycan Respublikasının Qarabağ ərazisində fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələrinin törətdikləri sülh və insanlıq əleyhinə, müharibə, terrorçuluq və digər cinayətlərin araşdırılması ilə bağlı başlanmış cinayət işləri üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks tədbirlər həyata keçirilir. Bu barədə Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətləri …

Ətraflı oxu »

Azərbaycan Qranada görüşündən imtina etdi

Azərbaycan İspaniyanın Qranada şəhərində oktyabrın 5-nə planlaşdırılan beştərəfli görüşdən imtina edib. Azərbaycanın görüşdə imtina etməsinin səbəbləri açıqlanıb. Azərbaycan görüşdə Türkiyənin iştirakını təklif etmişdi və bunda israr edirdi. Lakin buna imkan verilməyib, bu məsələdə Fransa və Almaniya xüsusi canfəşanlıq nümayiş etdirib. Azərbaycana təklif olunan beşli formatda (Ermənistan-Azərbaycan-Fransa-Almaniya-Avropa İttifaqı) anti-Azərbaycan ab-havası formalaşıb. …

Ətraflı oxu »

Arayik Arutunyanı Alov adlı vəkil müdafiə edəcək

Xankəndidə həbs edilərək Bakıya gətirilən separatçı Arayik Arutunyanın vəkilinin kimliyi məlum olub. Azinforum.az-ın əldə etdiyi məlumata görə, onun hüquqlarını tanınmış vəkil Alov Səfərəliyev müdafiə edəcək. Alov Səfərəliyev Azinforum.az-a açıqlamasında faktı təsdiqləyib: “Bu gün Araik Arutyunyanın müdafiəçisi kimi onun dindirilməsində iştirak etdim. Səhhəti və psixoloji durumu yerindədir. Təkcə onu deyə bilərəm …

Ətraflı oxu »

Saakyan, Qukasyan və İşxanyan saxlanılaraq Bakıya gətiriliblər

Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi Qukasyan (1997-2007) və Bako Saakyan (2007-2020), “Daşnakasutyun”partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilib.Bu şəxslər illərlə törətdikləri və rəhbərlik etdikləri cinayət əməllərinə görə qanun …

Ətraflı oxu »

Hərbi prokuror intiharların sayını açıqlamasa da, cəhdlərin azaldığını deyir

Hərbi ekspert: “Araşdırmalarımız 2003-cü ildən bu tərəfə intihar hallarının hər il artdığını göstərir” Hərbi prokuror Xanlar Vəliyev bildirib ki, 2022-ci ilin 8 ayı ilə müqayisədə 2023-cü ilin eyni dövründə Azərbaycan ordusunda özünü öldürməyə cəhd hadisələri 66,7 faiz azalıb. Vəliyev bu sözləri “Respublika” qəzetinə açıqlamasında deyib. O, orduda hərbi xidmət əleyhinə olan cinayətlərin də …

Ətraflı oxu »

Xankəndidə Azərbaycanın bu dövlət qurumları fəaliyyətə başladı – SİYAHI

Antiterror tədbirlərindən sonra Qarabağ iqtisadi rayonunun erməni əhalisinin yaşadığı ərazilərində tarixi hadisələr yaşanır. Separatçıların təslim olmasından sonra bölgənin təmizlənməsi və mərkəzi hakimiyyətin bərpası istiqamətində ciddi işlər görülüb.  Artıq Xocalı, Xocavənd, keçmiş Ağdərə rayonu və Xankəndidə Azərbaycanın suverenliyi bərpa edilib. Hazırda mərkəzi hakimiyyətin bərpası prosesi istiqamətində intensiv işlər həyata keçirilir.  Qarabağdan …

Ətraflı oxu »

Təhsil İdarəsi vəfat edən işçisinin ailəsinə çatacaq vəsaiti ödəmir

Vəfat edən şəxsin oğlu: “6 aydır məni aldadırlar ki, gələn ay pul veriləcək” Astara rayonu Ərçivan kənd sakini Xaliq Məmmədzadə atasının ölümündən sonra ailəyə çatacaq vəsaiti Lənkəran Regional Təhsil İdarəsindən ala bilmir. O bildirir ki, atası Vaqif Məmmədov uzun illər Astara rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində dərnək rəhbəri işləyib. O, bu ilin aprelin 3-də …

Ətraflı oxu »

“O uşağı nə zülmlə böyüdüb əsgər yola salmışdım, qanını necə batırırlar?”

Masallı rayonunun Ərkivan kənd sakini Səriyyə Zöhrabova Kəlbəcərdə hərbi xidmətini başa vurmasına 10 gündən də az qalmış oğlunun ölümüylə bağlı məhkəmə araşdırmasından narazıdır. İlkin Zöhrabovun ölümünə görə həbs olunan gizir Mətləb Hacıyevə də bugünlərdə bəraət verilib və o, Tərtər Hərbi Məhkəməsində zaldan azadlığa buraxılıb. “Bir məmurun övladının burnu qanamır” Hadisə …

Ətraflı oxu »

Qənirə Paşayeva vəfat etdi

Millət vəkili Qənirə Paşayeva bu gün müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.Azinforum.az xəbər verir ki, millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və …

Ətraflı oxu »