Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal (səhifə 496)

Kriminal

Gürcüstanda QƏTL: Azərbaycanlının meyiti yarı çılpaq vəziyyətdə meşədə tapıldı

Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunda qətl hadisəsi baş verib. Unikal.org xəbər verir ki, rayonun Kveşi kəndində 70 yaşlı azərbaycanlı kişi amansızlıqla qətlə yetirilib. İlkin ehtimala görə, hadisə 2 gün öncə törədilib. Onun meyiti yarı çılpaq vəziyyətdə meşədə tapılıb. Qətlə yetirilən şəxsin boğazında ip olub. Ahıl kişinin evində öldürüldüyü və meyitinin …

Ətraflı oxu »

Bakıda piyadanı “Hummer”lə vurub qaçan sürücü saxlanılıb

Bakıda piyadaları vurub öldürərək hadisə yerindən qaçan sürücülər tutulublar. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 17-də Bakı şəhər sakini Elman Salehovun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Hummer H-3” markalı avtomobilin sürücüsü saxlanılıb. Bundan başqa, …

Ətraflı oxu »

BDU-nun itkin düşən tələbəsi tapıldı (YENİLƏNİB)

İtkin düşən BDU-nun tələbəsi Ayza Məmmədova Rusiya aeroportunda hüquq-mühafizə orqanları tərəfindən tapılıb. Qızın bibisi Oxu.Az-a bildirib ki, bu barədə ona Ayzanın Rusiyada yaşayan atası, 1966-cı il təvəllüdlü Şahin Məmmədov məlumat verib: “Qardaşımla danışdım. Ayzanı aeroportda polis saxlayıb və qardaşıma xəbər verib. Vəziyyəti yaxşıdır. Niyə heç kimə xəbər vermədən belə bir …

Ətraflı oxu »

Polis seksual manyakın axtarışlarına başladı – DİN göstəriş verdi (VİDEO)

Polis Bakıda avtobusda peyda olan seksual manyakın axtarışlarına başlayıb. Unikal.org-da xəbər yayımlandıqdan sonra Daxili İşlər Nazirliyindən ərazi üzrə Nizami RPİ-nə müvafiq tədbirlərin görülməsi üçün göstəriş verilib. Bundan sonra xoşagəlməz hadisə ilə qarşılaşan xanım Nizami Rayon 24-cü polis bölməsinə dəvət olunub. Bölmədən bildirilib ki, xanımın izahatı alındıqdan sonra ictimai nəqliyyatda seksual xarakterli …

Ətraflı oxu »

Tiflisin mərkəzində atışma olub, yaralılar var

Gürcüstan paytaxtı Tiflis şəhərinin mərkəzində yerləşən “Meydan” restoranı yaxınlığında atışma olub. “Report”un Gürcüstan bürosu xəbər verir ki, ötən gecə baş verən insident zamanı 2 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan birinin Gürcüstan prezidentinin kürəkəninin dostu Tornike Kaçaravanın qardaşı olduğu bildirilir. Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı istintaq aparır. İnsidentin detalları …

Ətraflı oxu »

BDU-nun tələbəsi olan 20 yaşlı qız yoxa çıxdı

Bakı Dövlət Universitetinin (BDU) tələbəsi itkin düşüb. Paytaxt sakini 1985-cü il təvəllüdlü Gülmira Əbilova 34-cü Polis Şöbəsinə müraciət edərək, onunla eyni ünvanda yaşayan dayısı qızı, 1998-ci il təvəllüdlü Məmmədova Ayza Şahin qızının noyabrın 22-də saat 08 radələrində oxuduğu Bakı Dövlət Univeristetinə getmək adı ilə evdən çıxdığını və bir daha geri …

Ətraflı oxu »

Aygün Bəylərin qardaşı Ali Məhkəməyə müraciət etdi

İstintaq zamanı birgə marixuana əkdikləri dostlarını öldürməkdə və narkotik dövriyyəsində təqsirləndirilənlər – Abbas Hümmətov, Fuad Məmmədzadə, Elmir Alxazov, Ramil Əsirov, Elnur Əsirov, Cavid Alxazovla bağlı Ali Məhkəməyə müraciət edilib.  “Qafqazinfo”nun verdiyi xəbərə görə, bu işlə bağlı Baş Prokurorluq kassasiya şikayəti verib və cəzaların ağırlaşdırılmasını tələb edib. Həbsdə olan şəxslər isə …

Ətraflı oxu »

DTX-dan xüsusi əməliyyat – Terrorçuluğu maliyyələşdirənlər həbs edildilər

Terrorçuluğu maliyyələşdirən beynəlxalq şəbəkənin üzvləri Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən ifşa edilib. DTX-nin İctimai əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətində terrorçuluğa qarşı mübarizə istiqamətində davam edən kompleks araşdırmalar zamanı Birləşmiş Millətlər Təşkilatı tərəfindən terror təşkilatı kimi tanınmış dini ekstremist cinayətkar birliyin tərkibində Azərbaycan hüdudlarından kənarda aparılan silahlı …

Ətraflı oxu »

Azərbaycanda DƏHŞƏT: 29 yaşlı qız hamamda boğuldu

Gəncədə ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Azinforum.az  Publika.az-a istinadən xəbər verir ki, şəhərin 1-ci mikrorayon, 6-cı binada yaşayan 1989-cu il təvəllüdlü Nağıyeva Gülnar Ədalət qızı yaşadığı evin hamam otağında dəm qazından boğulub. Onun meyitini ailə üzvləri aşkarlayıb. Faktla bağlı araşdırma aparılır.

Ətraflı oxu »

Bakıda VƏHŞİLİK – Diri-diri zibilə atdılar

Bakıda zibil qutularından çox sayda diri cücə aşkarlanıb. Unikal.org Baku.ws-ə istinadən xəbər verir ki, Hövsanda çəkilən görüntülər görənləri dəhşətə gətirir. Torbalara doldurularaq zibil qutularına atılan cücələrin xəstə olduğu ehtimal edilir. Bu addımın konkret hansı səbəbdən atıldığı dəqiq bilinmir. Antisanitar və xoşagəlməz mənzərə ətrafdan keçən sakinlərin kəskin reaksiyasına səbəb olub.  

Ətraflı oxu »