Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Köşə Yazarları (səhifə 5)

Köşə Yazarları

Hansı heyvərə “siyasi texnoloq” bu region bölünmələrini aktuallaşıdırır? – Cəmaləddin Quliyev yazır

Azərbaycanda Qızılbaş xanədanları və qısa müddətli Osmanlı işğalları dövründə indiki rayon bölgüsünə yaxın inzibati vahidlərə nahiyə deyilirdi. O nahiyələrdən biri də Naxçıvan ölkəsində(vilayətində) olan Dərəşam nahiyəsi idi. Bir zamanlar Azərbaycanın oğuzlaşma tarixini əks etdirən “Kitabi-Dədə Qorqud”da adı keçən və günümüzəcən qorunmuş azsaylı toponimlərdən biridir. İndi bu toponim eyni adlı müalicəvi …

Ətraflı oxu »

Polad Həşimov da generaldı, əsgərin siqaretini satan o dələduz da…

Bir müddət əvvəl də yazmışdım, deyəsən, bu gedişlə hələ çox yazacağam: Biz uşaq olanda generalı uca çinar ağacına bənzədirdilər. Deyirdilər ki, general da çinar kimidir, 100 ildə bir yetişir. O vaxt mavi ekrandan tanıdığım generalların hamısı çinar kimi vüqarlıydı. Amma çoxu rus idi… Sonra Azərbaycan müstəqil oldu. Azərbaycan müstəqil olandan sonra …

Ətraflı oxu »

Sən demə, hamı pulluymuş, acından ölən bircə o deputatmış…

Şəbədə qoşmaqdan xoşumuz gəlir. Ağzını açan adamı dediyi sözə görə peşman etməyi yaxşı bacarırıq. Bizə nə var, ən gözəl ideyaları da iki dəqiqənin içində küləyə verə bilərik…  İş gününün sonudur, fəlsəfə açmaq fikrim yoxdur. Birbaşa mətləbə keçmək istəyirəm. Deputat Fəzail Ağamalını yaxşı tanıyırsınız. Adamın az qala mənim yaşım qədər deputat …

Ətraflı oxu »

Qarabağa inək də gedir, inəkotaran da, amma biz gedə bilmirik…

Şuşaya getmək üçün dələduz deyilən o adamın ovcuna 70 manat qoyan, min bir əziyyətlə məqalə yazan, axırda arzusu gözündə qalan alimlərdən birini şəxsən tanıyıram. Savadlı və abırlı adamdır. İşlədiyi ali təhsil ocağında bir nəfər deyə bilməz ki, nə vaxtsa gözü hansısa tələbənin əlində olub… Dünən zəng etmişdi. Dedi ki, Şuşanı …

Ətraflı oxu »

Akademik intihar bəyanatı

Sabirabadda 9-cu sinif şagirdinin ərə verilməsi xəbəri çıxdı, deyir polis toyun qarşısını almışdır, valideynlərlə maarifləndirici söhbətlər aparılmışdır, bu cür evlənməyin qanuna zidd olması başa salınmışdır. Məktəb müdiriyyəti isə həmin uşağın 8-ci sinifi bitirdikdən sonra məktəbə ayaq basmadığını açıqladı. Yəni, bizlik deyil, məktəbə gəlsə ərə getməyə qoymazdıq. Çox məntiqli bəraətdir. Bir …

Ətraflı oxu »

Ayağının suyunu içməyin, ayağınızın altına salın…

Qadın anadır. Dünya bərqərar olandan insanlar onun haqqını ödəməyin yollarını arayırlar. Amma tapa bilmirlər. Ananın haqqı dünya malı ilə ödənilməz… Qadın bacıdır. Yaxşı günümzdə də, pis günümüzdə də yanımızda olan təmənnasız varlıqdır… Qadın həyat yoldaşıdır, övladlarımızın anasıdır. Bizə bir dırnağını dünyaya dəyişməyəcəyimiz varlqılar bəxş edən xanımdır… Qadının yeri başımızdan ucadır. …

Ətraflı oxu »

Hökumətin ƏDV menyusu: lülə kabab, yoxsa kitab?

Bir qız 35 yaşında ərə gedir, qohum-əqrəba sevindiyindən gəlinin qarşısında çox oynayır. Bu vaxt ağsaqqallardan biri yanaşıb uca səslə deyir: “Bədbəxtin qızı çox tez ərə getməyib ki, bir az da siz yubadırsınız…”. Nəşriyyat, mətbəə və kitab mağazalarının Əlavə Dəyər Vergisi (ƏDV) dərdi hər dəfə yadıma bu lətifəni salır. Demək, iyirmi …

Ətraflı oxu »

Niyə varlılar daha çox intihar edir?

Artıq bu ildən başlayaq Avstiyada xroniki və ya sağalmaz xəstəlikləri olan insanlar “tibbi intihar” adlnadırılan eftanaziya vasitəsilə ölmək istəklərini bəyan edə biləcəklər.Ekosistemlərə antropogen amillərin təsiri. Bu ifadə torpaq sürüşmələri, sellər, səhralaşma və s. kimi dünyanı xaraba qoyan təbii fəlakətlərin aktivləşməsində, Marksın sözü olmasın, meymunu insana çevirən əməyin rolunu vurğulamalı. Yəni: …

Ətraflı oxu »

Məni söyən Xalq yazıçısı

Hər il 12 aprel gələndə, dünya kosmonavtika gününü qeyd eləyəndə uca millətimizin də yadına Kərimov düşür. Yox, Əli bəyi nəzərdə tutmuram, o daima bizim xatirələrimizdə yaşayır. Kərim Kərimov adlı sovet mühəndisi vardı, Azərbaycanda doğulmuşdu, SSRİ-nin kosmik uçuşlarında, Baykonur kosmodromunda dövlət komissiyasının sədri imiş. Ta 1961-dən 1991-ə, SSRİ dağılana qədər bu …

Ətraflı oxu »

Kimə nifrət edək: Varlılara, yoxsa oğrulara?

Ötən ay Manaf Ağayev Füzulidə həbs olunanda da oxşar vəziyyət yarandı: Bir anın içində sosial şəbəkələr “qarğış şəbəkələri”nə döndü. Əksəriyyət kin qusurdu. Söyüşün, qarğışın biri iki qəpik idi. Adamın ürəyi bulanırdı. Yaddaşı zəif olanlar üçün xatırladım ki, Manaf Ağayev ata yurduna getmişdi. Amma icazəsiz getdiyi üçün polis onu saxlamışdı və …

Ətraflı oxu »