Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat (səhifə 479)

İqtisadiyyat

“Manat 10 faiz möhkəmlənib” – Samir Şərifov

Maliyyə naziri Samir Şərifov milli valyutanın məzənnəsinin möhkəmlənməsindən danışıb. “Qafqazinfo” xəbər  verir ki, parlamentdə büdcə zərfinin müzakirəsi zamanı  çıxış edən S. Şərifov qeyd edib ki,  cari ilin əvvəlindən Azərbaycan milli valyutasının məzənnəsi möhkəmlənib. Bu müddətdə manatın ABŞ dollarına münasibətdə məzənnəsində 10 faiz möhkəmlənmə qeydə alınıb.  Həmçinin cari ilin əvvəli ilə …

Ətraflı oxu »

” Aİ-92″ benzin bahalaşıb 1 manat olacaq – Ekspertlərdən xəbərdarlıq

Xəbər verdiyimiz kimi, Azərbaycanda “Aİ-95″ (”Premium”) və “Ai-98″ (”Super”) markalı benzin bahalaşdı. Hər iki markadan olan benzinin 1 litrinin pərakəndə satış qiyməti 0,20 manat artaraq müvafiq olaraq 1,25 və 1,50 manata çatıb. Qeyd edək ki, bu benzin növləri ölkəmizə xaricdən idxal olunur. İdxalçılar qiymət artımını mənbə ölkələrdə (əsasən Rumıniya) bahalaşma …

Ətraflı oxu »

“Türk axını”nın ikinci xətti üçün TAP istifadə oluna bilər

Trans-Adriatik Qaz Boru Kəmərinə (TAP) əlavə olaraq vurulacaq 10 mlrd. kubmetr həcmində təbii qaz “Türk axını” layihəsinin ikinci xətti üçün istifadə oluna bilər. Bu barədə Enerji Tənzimləyicilərinin Əməkdaşlığı üzrə Agentliyin (ACER) Apellyasiya Şurasının üzvü Maykl Tomadakis “Anadolu” agentliyinə açıqlamasında bildirib.  Onun sözlərinə görə, Rusiya qazını Avropa bazarına çıxaracaq “Şimal axını-2” …

Ətraflı oxu »

Gürcüstanın Azərbaycana borcu dəyişməz qalıb

2017-ci ilin oktyabrın 31-nə Gürcüstanın xarici dövlət borcu 4,27 mln. dollar azalaraq 5 mlrd. 1,580 mln. dollar təşkil edib. APA-nın yerli bürosu Gürcüstanın Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, borcun 4,959 mlrd. dolları hökumətin payına düşür. Gürcüstanın Azərbaycana olan borcu sentyabr ayı ilə müqayisədə dəyişməz qalaraq 8,995 mln. dollar təşkil …

Ətraflı oxu »

Səfir: “Bakı haba çevrilmək üçün mükəmməl mövqeyə malikdir”

“Bakı Şimal-Cənub və Qərb-Şərq nəqliyyat dəhlizləri arasında haba çevrilmək üçün mükəmməl mövqeyə malikdir”. Bu barədə jurnalistlərə açıqlamasında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib. Onun sözlərinə görə, təmsil etdiyi beynəlxalq qurum əlaqələrin genişləndirilməsini hər zaman təşviq edib və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi buna bariz nümunədir. “Bu dəmir …

Ətraflı oxu »

Mənzil satışında nağd ödənişlər qadağan olunur – Ekspert

“Dələduzluqla məşğul olan tikinti şirkətlərinə qarşı cərimələrin və cəzalarnın daha da ağırlaşdırılmasına ehtiyac var”. Azinforum.az xəbər verir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov eyni mənzilin bir neçə nəfərə satılması probleminə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, 3 əvvəl bununla bağlı hökümətə təqdim edilən təkliflər qəbul olunub: “Artıq həmin təkliflərdən bir …

Ətraflı oxu »

“Made in Azerbaijan” brendi ilə Rusiyaya məhsullar ixrac olunacaq

Azərbaycanda meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz məhsulları, konservləşdirilmiş qida, dondurma istehsalı və digər sahələrdə fəaliyyət göstərən 18 şirkətin nümayəndəsinin təmsil olunduğu missiyamız 15-16 noyabr tarixlərində Sankt-Peterburqda təşkil olunmuş bir sıra tədbirlərə qatılıb, Rusiyalı iş adamları ilə məhsuldar danışıqlar aparıb. İqtisadiyyat nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, AZPROMO və Azərbaycanın …

Ətraflı oxu »

Ekspert həyacan təbili çaldı: Ət 20 manat ola bilər

2017-ci ilin 10 ayı ərzində Azərbaycana 52 milyon 451 min dollar dəyərində 34  min ton ət idxal olunub. Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ət idxalı 2016-cı ilin 10 ayı ilə müqayisədə 20 milyon 343 min dollar artıb. 2016-cı ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana 32 milyon 108 min dollar dəyərində 28 …

Ətraflı oxu »

Ərzaq bahalaşıb – 17 FAİZ

2017-ci ilin yanvar-oktyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri ötən ilin müvafiq dövrünə nisbətən 13,7%, o cümlədən ərzaq məhsullarının qiymətləri 17,6%, qeyri-ərzaq mallarının qiymətləri 12,4%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6% artıb. Dövlət Statistika Komitəsibildirir ki, cari ilin oktyabr ayında sentyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 1,1%, o …

Ətraflı oxu »

Mənzil alanlar üçün vacib xəbər: bu tələb qadağan edilir – Video

Bir mənzilin bir neçə nəfərə satılması kimi neqativ halların qarşısı alınır Bununla bağlı Mülki Məcəlləyə dəyişiklik edilir. Yenilik, tikintisi başa çatmayan binalarda mənzillərin alqı-satqısı prosesinin tənzimlənməsi məqsədilə hazırlanıb.Təklifə əsasən tikintisi başa çatmayan çoxmənzilli binalarda alqı-satqı zamanı müqavilələrin notarial təsdiqi tələb edilir. İlkin qeydiyyat sənədinin olması vətəndaşda tikintiyə dair əminlik yaradır. …

Ətraflı oxu »