Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat (səhifə 10)

İqtisadiyyat

Bu məhsulların qiyməti UCUZLAŞA BİLƏR – SİYAHI

Xəbər verdiyimiz kimi, qlobal bazarda bəzi ərzaq qiymətləri ardıcıl olaraq yeddinci aydır ki, ucuzlaşır.  Bu proses fevral ayında da davam edib. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına (FAO) xəbər verir ki, əsas taxıl məhsulları üzrə beynəlxalq kotirovkaların azalması şəkər və ətin bahalaşmasını böyük ölçüdə kompensasiya edib. Əsas ərzaq …

Ətraflı oxu »

Rusiyaya satışı qadağan edilən avtomobillər Azərbaycan vasitəsilə ötürülür

Rusiyaya qarşı Qərb sanksiyalarına baxmayaraq Britaniya istehsalı olan bahalı avtomobillər üçüncü ölkələr vasitəsilə Rusiyaya çatdırılır. Britaniyanın “SkyNews” telekanalının saytında dərc olunmuş xəbərdə deyilir ki, Ukraynaya hərbi müdaxiləsindən və sanksiyaların tətbiqindən sonra Britaniya avtomobil istehsalçıları artıq Rusiyaya avtomobil satmırlar. Ən azından iddia etdikləri budur. İkili istifadə sanksiyaları adlanan rejim çərçivəsində Rusiyaya idxalı …

Ətraflı oxu »

Bu il manatı hansı təhlükə gözləyir? 

“Mərkəzi Bankın bu gün təşkil etdiyi hərracda 79,4 milyon dollarlıq sifariş qeydə alınıb”.  Bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.  Deputat qeyd edib ki, bütövlükdə, mart ayının geridə qalan günlərində hərraclarda 227,4 milyon dollar satılıb:  “Bu ilin ilk iki ayı, xüsusən də fevralla müqayisədə mart ayında dollar …

Ətraflı oxu »

Azərbaycan Gürcüstan iqtisadiyyatına nə qədər investisiya yatırıb? – İki fərqli rəqəm…

Ötən il Gürcüstan iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyaların (FDI) həcmi 1 milyard 594,7 milyon dollar olub və 2022-ci illə müqayisədə 24% azalıb.Gürcüstan iqtisadiyyatına yatırılan xarici investisiyaların 3,4%-i və ya 53,6 milyon dolları Azərbaycanın payına düşüb.2022-ci illə müqayisədə Azərbaycanın Gürcüstan iqtisadiyyatına yatırdığı investisyaların həcmi 32 dəfə artıb. Belə ki, 2022-ci ildə …

Ətraflı oxu »

“Regionlarda investisiya artımına nail olunmalıdır” – Ekspert

“Əsas kapitala yatırılan investisiyaların artımı iqtisadi inkişafın təkanverici amili və bünövrəsidir. Əgər biz bir tərəfdən investisiyaların həcmini, digər tərəfdən isə onların effektivliyini artırmış olsaq, bu, regional inkişaf baxımından ölkəyə çox böyük və proporsional iqtisadi inkişaf xətti verə bilər. Çünki regionların paytaxtdan geriləməsi şübhəsiz ki, iqtisadi inkişafın dayanıqlığı və tarazlığı baxımından …

Ətraflı oxu »

Müavinət və Prezident təqaüdləri alanlara 290 milyon manat ÖDƏNİLİB 

Bu ilin yanvar-fevral aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 460 min nəfərə sosial müavinət, 396 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.  Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 179 milyon manat, Prezident təqaüdləri üzrə 111 milyon manat ödənilib.  …

Ətraflı oxu »

Zərərdə olan Mehdiyevlər 5 milyon borc axtarır

“Bank BTB” ASC 5 milyon manat borc cəlb edir. “Ölkə.Az”ın məlumatına görə, bank hər birinin nominal dəyəri 1000 manat olan 5 000 ədəd adi, adlı, sənədsiz səhmlər emissiya edir. Bankın 2023-cü il üzrə audit olunmamış hesabatına əsasən aktivləri 369 mln 155 min manat, öhdəlikləri 321 mln 791 min manatdır. Cəmi …

Ətraflı oxu »

Azərbaycanda qoyunların sayı AZALIB

Ötən ilin dekabrın 31-nə qədər Azərbaycanda bütün təsərrüfat kateqoriyaları üzrə keçi və qoyunların sayında 691 055 baş və ya 8.92 faiz azalma müşahidə olunub. Bu barədə Dövlət Statistika Komitəsinin 2023-cü ili əhatə edən statistikasında əks olunub.  Sənədə əsasən 2022-ci ilə onların ümumi sayı 7 751 668 baş, 2023-cü ilin sonuna …

Ətraflı oxu »

Banklara olan borc bir ayda yarım milyona yaxın artıb

Ölkə üzrə bankların verdiyi ümumi kreditlərin həcmi artıb. Bu haqda Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında qeyd olunub. Məlumata görə, ölkə üzrə kreditlərin ümumi həcmi 23 milyard 566 milyon 400 min manatdır. Qeyd edək ki, məlumat 1 fevrala qədərki dövrü əhatə edir. Ötən ay isə kreditlərin ümumi həcmi 23 milyard 183 …

Ətraflı oxu »

Azərbaycanda ötən il 1 000-ə yaxın vaqon əsaslı təmir edilib

“2017-ci il noyabr ayından bu günədək 15 vaqon, 3 qatar əsaslı təmir olunub”. Bunu “Bakı Metropoliteni” QSC-nin Vaqonların əsaslı təmiri xidmətinin rəisi Kamran İsmayılov bildirib.  Onun sözlərinə görə, 2013-ci ildən 2015-ci ilədək 30 vaqon, 6 qatar Moskvanın Elektrik Qatarlarının Təmiri Zavodunun filialına əsaslı təmir üçün göndərilib: “Bunlardan 5 qatar əsaslı təmir və 1 …

Ətraflı oxu »